Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, “Hogir” kod adlı terrorçu ifadəsində, 14-15 yaşlarında uşaqlıq yoldaşı “Cihan” kod adlı terrorçu ilə təşkilata qoşulduqlarını, eyni düşərgədə təlim aldıqlarını söyləyib.
Terrorçu yoldaşı “Cihan” kod adlı terrorçunun təşkilatın terrorçubaşlarına xidmətdə istifadə edildiyini, qrupun sözdə rəhbərinin sığınacağına yemək aparmaq məqsədilə girdikdə, onu başqa bir terrorçuyla uyğunsuz halda tutduğunu söyləyib. “Hogir” bu vəziyyətlə bağlı heç kimə danışmaması üçün ciddi təzyiq edilən yoldaşının casus olmaqla günahlandırıldığını və təşkilat nümayəndələri tərəfindən döyüldüyünü, müxtəlif işgəncələrə məruz qaldığını, sözdə məhkəmədə edam edilməsinə qərar verildiyini bildirib.
ÖZÜNƏ QƏBİR QAZDIRDILAR
“Hogir” “Cihan” kod adlı terrorçuya edamdan əvvəl öz qəbrini qazdırmış və uşaqlıq dostunun gözləri qarşısında güllələndiyini deyib. “Hogir” dostunun başına gələnlərin öz başına da gəlməsindən narahat olaraq təslim olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?