Bu günə kimi Braziliya, Rusiya Yaponiya və digər ölkələrdə suda yaşamış və su pərisinə banzəyən məxluqların sümükləri tapılsa da onların məhz su pərisi olması sübut olunmayıb. Hətta hələ də diri su pərisi axtarışında olan xüsusi qruplar, ekspedisiya təşkil edən elm adamları da var. Amma su pərisinin varlığını sübut edən nə elm adamı nə də ekspedisiya işçiləri oldu. Su pərisinin ilk real görünən görüntülərini iki sadə gənc qeydə ala bilib. İsrailin Kiryat Yam şəhərində iki gənc qayanın üzərində dayanmış qəribə bir məxluqla rastlaşıb. Gənclərdən biri onu lentə ala bilib. İlk baxışdan uzanmış insana bənzədilən məxluqun hansısa qəribə geyim geyinmiş bir şəxs olduğu zənn edilsə də, bir neçə saniyədən sonra onun su pərisi olduğu ortaya çıxıb. Belə ki, gənclərin onu gördüyü hiss edən və su pərisi olduğu iddia olunan bu məxluq inanılmaz surət və çevikliklə sürünərək suya atılıb. Hazırda araşdırmaçılar bu videonun real yoxsa uydurma olması üzərində çalışırlar.
Sorğu
Yeni dizaynımız necədir?