Polis aksiyaçılara gözyaşardıcı qazla müdaxilə edib
Taksimdə sabitlik yenidən pozulub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında polis nümayişçilərə müqavimət göstərməmək üçün mütəmadi olaraq müraciət edirdi. Lakin bir müddət keçdikdən sonra sükut pozulub, tərəflər arasında gərginlik yenidən yüksəlib. Aksiyaçılardan biri kütləvi hadisələrə müdaxilə maşınının altına girib, digərləri isə onu dairəyə alıblar. Polis aksiyaçılara gözyaşardıcı qazla müdaxilə edib.
Xatırladaq ki, İstanbulun valisi Hüseyn A. Multu Gezi Parkı ilə bağlı heç bir müdaxilənin olmayacağını bildirmişdi. Polis qüvvələri Taksimdəki abidədə və Adabazarı Mədəniyyət Mərkəzindəki pankartları götürərək, binanın üzərinə Türk bayrağı və Atatürkün rəsmlərini asmışdılar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?