Türkiyəli çobanın erməni sərhədçiləri tərəfindən öldürülməsi Ankaranı sərt addımlara sövq edib Ötən gün türkiyəli çobanın Ermənistan sərhədçiləri tərəfindən atəş açılaraq öldürülməsindən sonra rəsmi Ankara İrəvana nota göndərib. Türkiyə XİN rəsmilərindən daxil olan məlumata görə, Ermənistanla diplomatik münasibətləri olmayan Türkiyə bu notanı Gürcüstan vasitəsilə göndərib. Ermənistanın Tiflisdəki səfirliyinə göndərilən notada ölkə rəsmilərindən baş verənlər barədə ətraflı məlumat tələb edən Türkiyə XİN rəsmiləri çobana qarşı qeyri-bərabər güc tətbiq edilməsini kəskin pisləyib.
“Heç bir pis niyyəti olmayan günahsız bir vətəndaşımızın adi bir sərhəd pozulması hadisəsi səbəbindən öldürülməsini qınayırıq. Bu və s. bu kimi hadisələrdən sonra Cənubi Qafqaz bölgəsində normallaşma prosesinin daimi olması üçün Ermənistan qonşuları ilə münasibətlərini ağlını başına yığaraq bir daha gözdən keçirməlidir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?