GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » LİVİYADA QIRĞIN YENİDƏN ALOVLANIB – Nə üçün məhz indi?

LİVİYADA QIRĞIN YENİDƏN ALOVLANIB – Nə üçün məhz indi?

Tarix: 16-04-2019, 16:26 Bölmə :Dünya Baxış: 498
LİVİYADA QIRĞIN YENİDƏN ALOVLANIB – Nə üçün məhz indi?


Karbohidrogenlərlə zəngin bölgələrdə geopolitik oyunlar dünya gücləri üçün o qədər cəlbedici olub ki, artıq bu oyunlardan vaz kçmək, sadəcə, xeyli mürəkkəbləşib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), «Böyük yeddilik» Liviyada münaqişənin sülh yolu ilə həllinə çağırışlar edirlər. Faktiki olaraq, bir neçə «özünüidarə ərazisi»nə çevrilmiş bu ölkədə vətəndaş müharibəsi yenidən alovlanıb.

Xatırlatmaq yerinə düşər ki, hazrda döyüş əməliyyatları iki düşərgə tərəfindən həyata keçirilir. Biri ölkə paytaxtı Tripolini əlində saxlayan Liviya milli həmrəylik (LMH) hökumətinin başçısı Faiz Saraca meylli güclər, digəri isə feldmarşal Xəlif Xəftarın komandanlığı altında fəaliyyət göstərən Liviya milli ordusudur (LMO).

Liviya milli ordusunun Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti nazirlər kabinetinin maraqlarını təmsil etdiyi bildirilir. Onlar, mərkəzi Benqazi olmaqla, orada fəaliyyət göstərən parlament adlanan qurumla birlikdə ölkənin şərqinə nəzarət edirlər.

İlk olaraq, Xəlif Xəftarın ordusu Tripoli hökumətinin (bu hökumət beynəlxalq birlik tərəfindən tanınıb) mövqelərinə hücum edib. Bazar günü bir neçə uğurlu hərbi əməliyyatdan sonra, LMO hərbi-hava qüvvələri (HHQ) paytaxt ətrafında hökumətyönlü qüvvələrə bir neçə zərbə endirib. Xəbər verildiyi kimi, bunun cavabında aviasiya hərəkətə keçib, Saraca meylli birləşmələr isə əks hücuma keçmək cəhdi göstəriblər.

Tripoliyə nəzarət edən hökumətin başçısı LMO-nun komandanını xəyanətdə və dövlət çevrilişinə cəhddə günahlandırıb. Sarac vəd edib ki, paytaxta edilən hücumda iştirakçı olanların hamısı – Xəlif Xəftar da daxil olmaqla – Liviya və beynəlxalq məhkəmə qarşısına çıxarılacaq. Elə həmin pilotları eyni zamanda, feldmarşal Xəftar də hədələyir. O, bəyan edib ki, paytaxtı «terrorçular»dan təmizləyəcək.

Məhz indiki gərginliyin səbəbi ndir? Məsələ burasındadır ki, 14-16 aprel tarixlərində Liviyada milli barışıq üzrə konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Bunun son məqsədi isə ölkəni birləşdirmək, vahid liderin və hökumətin seçilməsi və ümumi ordunun yaradılmasından ibarət idi. Başqa sözlə, məqsəd kimi heç olmasa, görüntü üçün dövlətçiliyin bərpası qarşıya qoyulmuşdu. BMT artıq bu il ərzində Liviyada tammənalı prezident seçkilərinin keçirilməsini də planlayırdı…

İndi danışıqların tərəfləri, xüsusilə də mərkəzi Benqazi olan hökumət (Müəmmər Qəddafi tərəfdarları) danışıqlar ərəfəsində silah gücünə öz mövqeyini gücləndirmək və ya hətta heç bir məsləhətləşmə olmadan belə, hakimiyyəti tam olaraq ələ keçirmək yolunu tutub.

Son vaxtlar danışıqlar prosesi Tripolidəki nazirlər kabinetinin dominantlığı altında keçib. Qeyd etmək lazımdır ki, bu qüvvə Amerika Birləşmiş Ştatlarının (ABŞ) və bəzi Avropa ölkələrinin fəal dəstəyindən istifadə edir. Odur ki, Benqaziyə hücumdan sonra BMT-nin Baş katibi Antoniu Quterriş LMO-nın başçısı Xəftarla görüşüb və onu Saracla danışıqlara sövq eməyə cəhd göstərilib. Ancaq cəhd uğunsuzluğa düçar olub və feldmarşal özünü «ərköyün» aparıb.

Baş verən hücumun fonunda belə bir informasiya yayılıb ki, ABŞ öz vətəndaşlarını, o cümlədən, hərbçilərini təhlükəli bölgədən təxliyyə edir. Bundan əvvəl isə xəbər verilib ki, Liviya münaqişəsi ilə Rusiya da bağlıdır. Guya Rusiya Xəftarın Liviya milli orusuna silah verir. Bəzi KİV-in məlumatına görə isə Xəftarın tərəfində «Vaqner» özəl hərbi şirkətin muzdluları və ya təlimatçıları da fəaliyyət göstərirlər.

Bəs, bütün bunlar Rusiyanın nəyinə lazımdır və həm də məlum Suriya «tarixçəsi»ndən sonra? Güman ki, bu məqamda «imperiya böyüklüyü»nü, Kreml üçün «geopolitik təsiri» və konkret olaraq, Rusiyanın «bəzi xadimləri»nin gəlirlərini xatırlamağa dəyər.

Axı Liviya – qaz və neftdir və həm də Suriyadakından xeyli çox. Bu məqamda xartırlamağa dəyər ki, 2018-ci ilin dekabrında Müəmmər Qəddafinin oğlu Səyf əl-İslam türmədən çıxandan sonra, ilk olaraq Putinlə görüşüb və ondan dəstək istəyib. Diktatorun «varisi» yeni prezident seçkilərində iştirak etmək üçün icazə istəyib. Qeyd etmək lazımdır ki, o zaman Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Liviyada heç kimi siyasi proseslərdən kənar etmək olmaz.

Ümumilikdə, belə çıxır ki, Liviya işlərinə baş vurmaq üçün tutarlı «əsas»lar var. İqtisadi maraq (neft və qaz hasilatında iştirak etmək), siyasi maraq (dövlətin başında öz adamını oturtmaq) və nəhayət, geopolitik maraq – dünya xəritəsindəki növbəti «qaynar nöqtə»də amerikalıların və avropalıların kefini pozmaq. Suriya məsələsində olduğu kimi, yəqin, Moskvada elə adamlar var ki, Liviyaya nəzarətin ümumiyyətlə, Qərblə qarşıdurmada Rusiyanın mövqeyini gücləndirməli olacağını düşünürlər.

Deməli, Rusiya elitası karbohidrogenlə zəngin olan bu ölkədəki münaqişəyə baş vurmaq marağındadır. Rusiyanı bu yoldan çəkindirəcək bir qüvvə isə hələlik yoxdur…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Liviyada maşına yerləşdirilmiş iki bomba partlayıb

    Liviyada maşına yerləşdirilmiş iki bomba partlayıb ...

    25-01-2018, 15:54

  • 
  • Liviyanın sabiq baş nazirini oğurladılar

    Liviyanın sabiq baş nazirini oğurladılar ...

    14-08-2017, 13:45

  • 
  • “Bin Laden-2”: Amerika xüsusi təyinatlıları Liviyada gizli əməliyyat keçirib səfiri öldürəni yaxaladı

    “Bin Laden-2”: Amerika xüsusi təyinatlıları ...

    19-06-2014, 10:21

  • 
  • Müəmmar Qəzzafinin oğlu Liviyanın “ümidi”nə çevrilib

    Müəmmar Qəzzafinin oğlu Liviyanın “ümidi”nə ...

    4-08-2018, 13:39

  • 
  • Liviya marşalı Şoyqu ilə görüşə gəldi, "Vaqnerin ordusu"nun sahibi gözə dəydi

    Liviya marşalı Şoyqu ilə görüşə gəldi, ...

    10-11-2018, 13:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu