GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PUTİNİN DOSTLARI VƏ RUSİYANIN TALANMASI – “800 milyard oğurlanıb, 100-160 milyardı Putindədir…”

PUTİNİN DOSTLARI VƏ RUSİYANIN TALANMASI – “800 milyard oğurlanıb, 100-160 milyardı Putindədir…”

Tarix: 10-05-2019, 11:38 Bölmə :Dünya Baxış: 317
PUTİNİN DOSTLARI VƏ RUSİYANIN TALANMASI – “800 milyard oğurlanıb, 100-160 milyardı Putindədir…”


2000-ci ilin yanvarında Davos ümumdünya iqtisadi forumunda amerikalaı jurnalist Trudi Rubin rusiyalı nümayəndələrə mühüm bir sual vermişdi: “Cənab Putin kimdir?” Ruslar müdrikcəsinə davranaraq, susmuşdular…

Putin özünün birinci prezidentlik müddətində hakimiyyəti tam əlinə keçirdi, Rusiya bazar iqtisadiyyatı heç zaman olmadığı kimi saz işləməyə başladı.

İkinci prezidentlik müddətinə yaxınlaşanda Putin “YUKOS” neft şirkətinin rəhbərini – Rusiyanın ən varlı adamı Mixail Xodorkovskini 25 oktyabr 2003-cü ildə həbs etdirdi. Bu həbs Putinin ikinci prezidentlik müddətinin necə olacağını öncədən xəbər verirdi. Xodorkovskinin həbsinin ardınca “YUKOS”-un mülkiyyəti müsadirə edildi. Ancaq digər iri biznesmenlər susmağa üstünlük verdilər.

Putinin ikinci prezidentlik müddətinin məğzi dövlət kapitalizmidir. Putini nə dövlət şirkətinin gəlirliyi, nə ictimai dəyərlər və nə də səmərəli idarəetmə qayğılandırmırdı. O, yalnız öz etibarlı tərəfdaşları vasitəsiylə nəzarəti ələ keçirməyə cəhd göstərirdi. “Qazprom” şirkətinin bazar dəyəri 2008-ci ilin mayındakı 369 milyard dollarlıq maksiumum göstəricidən indiki 60 milyardlıq dəyərə kimi aşağı düşüb. Amma bütün bunlara baxmayaraq, şirkətin baş direktoru Aleksey Miller öz vəzifəsini saxlayıb. Bu isə onun Putin tərəfindən dəstəkləndiyini təsdiqləyir.

Putininin ikinci prezidentlik müddətindən sonrakı dönəmdə Dimitri Medvedyev formal olaraq prezident idi. Həmin dövrdə Putin klan kapitalizminə üstünlük verdi. Onun dostları, “Qazprom” şirkəti başda olmaqla, dövlət aktivlərinin kütləvi surətdə ələ keçirilməsinə başladılar.

Putinin dörd əsas köhnə dostu Sankt-Peterburqdandır. Arkadiy və Boris Rotenberq qardaşları “Qazprom” üçün çəkilən boru kəmərlərindən və Rusiya dövlət yol tikintisindən pul qazanırlar. Gennadi Timçenko da həmçinin, qaz boru kəməri tikir, digər tərəfdən isə, o, gəlirli lisenziyalar vasitəsiylə qaz çıxarılması ilə də məşğuldur.

Yuriy Kovalçuk isə “Rusiya bankı”nın baş direktorudur və o, “Qazprom”un maliyyə və media aktivlərinin müsadirə edilib çıxarılmasına cavabdehdir. Digər yandan isə, Y.Kovalçuk 20 televiziya kanalına nəzarət edir.

2014-cü ildə ABŞ, Putinin bu dörd “iş ortağına” və onların şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Amma Avropa Birliyi Boris Rotenberqə və Gennadi Timçenkoya qarşı sanksiyalar tətbiq etmədi, çünki onlar 1990-cı illərdə Finlandiya vətəndaşlığı alıblar.

2012-сi ildə prezident kürsüsünə qayıdan Putin, rusların dedikləri kimi, “əllə idarəetməyə” keçdi.

Putin baş verəcəklərin nəylə nəticələnəcəyinə heç bir məhəl qoymadan istədiyini edir, amma bir məsələdən başqa. 1998-ci ilin avqust ayında Rusiyada baş vermiş maliyyə çöküşündən sonra Putin anladı ki, maliyyə böhranları siyasi vəziyyəti sabitsizləşdirir və ona görə də, o, hər yolla bunadan qaçmağa çalışır. Rusiya böyük qızıl valyuta ehtiyatı toplayıb, büdcənin sabit qalmasına güclü dəstək verilib, dövlət borcu minimuma endirilib, ölkədəki inflyasiya aşağı həddədir və işsizliyin səviyyəsi də yüksək deyil. Lakin əhalinin həyat şəraiti və ya iqtisadi böyümə Putinin vecinə də deyil. Rəsmi məlumata görə Rusiyanın real gəliri 2008-ci ildən 2014-cü ilədək 13 faiz azalıb və bu azalma davam etməkdədir.

Ən əsas məsələ isə məhz Putinin nə qədər var-dövlət toplamasıdır. Taleyin kinayəsi ondadır ki, Rusiyadakı mülkiyyət hüququnu dağıdan Putin və onun əlaltıları indi yığdıqlarını offşorlarda “yumağa” məcburdular. Hesab olunur ki, Rusiya özəl kapitalının xaricdəki ümumi həcmi 800 milyard dollardır. Belə güman edilir ki, Putinin təxminən 100-160 milyard dollara qədər pulu var. Putin hakimiyyətdən getməyənə qədər, onun talançı kapitalizmi Rusiyanı tam staqnasiya vəziyyətinə salacaq. Rusiya prezidentinin gündəliyində nə siyasi, nə də iqtisadi islahatlara yer yoxdur, çünki bu onun hakimiyyətini laxladar. Bunun əvəzinə Putin xalqı öz bayrağı altında birləşdirməkdən ötrü, Gürcüstanda, Ukraynada, Suriyada müharibə avantürasına girişir.

Qərbin avtoritar və kleptokratik Putin rejimindən ən yaxşı müdafiəsi – səffaflıqdır! Şəffaflıq bütün bu anonim zənginliyin su üzərinə çıxmasına imkan verə bilər. Yığılmış var-dövlətin böyük hissəsi ABŞ və Böyük Britaniyaya daşınıb. Qanunun aliliyinin hökm sürdüyü bu ölkələrdə anonim şirkətlərin yaradılmasına icazə verilir.

Putinin bu oliqarx dostlarının sırasına Dmitri Qorelov və Nikolay Şamalovu da əlavə etmək olar. Yeltsin zamanın oliqarxları içərisində Roman Abramoviç və Oleq Deripaska Putinə qarşı müsbət münasibət göstərmişdilər. Putin də öz növbəsində bunu unutmadı. 2005-ci ildə “Qazprom” və dövlət, birlikdə 13,7 milyard dollar ödəyərək Abramoviçə məxsus “Sibneft” şirkətini alır. Beləlkilə də, Roman Abramoviç Rusiyanın ən varlı adamına çevrilir.

Rusiyada maliyyə böhranı başlayanda Putin, aztəminatlı ailələr də daxil olmaqla, kömək edilməsi vacib olan sahələrə maliyyə yardımı göstərmək əvəzinə, öz oliqarx dostlarına əl uzatdı və özü də, hansı mənbələrdən! Abramoviçin “Evraz” şirkətinə “Dövlət milli rifah pensiya fondundan” 1 milyard dollar verilir. Rusiya prezidenti digər oliqarx Oleq Deripaskanı da iflasdan xilas edir. Belə ki, elə həmin fonddan Deripaska üçün 4,5 milyard dollar ayrılır. Rusiya mütəxəssisləri bildirirlər ki, bu pul sayəsində 5 milyon kvadrat metrlik mənzil tikilə bilərdi və beləliklə də, 100 min ailənin yaşayış şəraiti yaxşılaşardı. Çünki bu fondlar elə bu cür məsələlər üçün nəzərdə tutulub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18

  • 
  • Vladimir Putinin səfəri başladı

    Vladimir Putinin səfəri başladı ...

    13-08-2013, 16:57

  • 
  • ​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?

    ​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin ...

    4-01-2018, 20:39

  • 
  • Putinin köməkçisi Ərdoğanla görüşün sirrini açdı

    Putinin köməkçisi Ərdoğanla görüşün sirrini açdı ...

    3-10-2018, 09:13

  • 
  • Rusiyanın 3 biznesmeninə Davos forumuna gəlmək qadağan olundu

    Rusiyanın 3 biznesmeninə Davos forumuna gəlmək ...

    8-11-2018, 11:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu