GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”

“The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”

Tarix: 11-05-2019, 18:39 Bölmə :Dünya Baxış: 412
“The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”


İstanbulun son bələdiyyə seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın partiyasını məğlub edən 48 yaşlı siyasətçi Əkrəm İmamoğlu yumşaq təbirilə tanınır.

Bazar ertəsi, gecə isə İmamoğlu qəzəblənib. Böyük bir kütlə Bəylikdüzü mahalında onu eşitmək üçün toplanıb. İmamoğlu köynəyinin qollarını çırmalayıb, danışarkən, əlini havaya qaldırıb. “Cümhuriyyəti, bu ölkəni, bu şəhəri ayaqları altına sərmək istəyənlər var! – deyə o qışqırıb. – Amma biz, 82 milyon insan, bir ovuc adama bu dəyərləri söndürmək imkanı verməyəcəyik!”

Həmin gün Türkiyənin Yüksək Seçki Qurumu (Ali Seçki Şurası – tərc.) İmamoğlunun qələbə qazandığı seçkinin nəticələrini ləğv edib. 31 Mart seçkilərindən sonra İstanbulda 25 ildə ilk dəfə hakimiyyətini itirən Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) İmamoğlu və öz namizədi arasında dar fərqi azaltmağa ümid edirdi.

Bu işə yaramadıqda, partiya gizli təşkilatların seçkiləri sabotaj etdiyini iddia edərək, təkrar seçkinin keçirilməsini istədi. Bir aydır ki, partiyanın media mərkəzi Türkiyənin düşmənlərinin İstanbulu fəth etməyi planlaşdırdığı iddiasındadır. Hər kəsin düşüncəsindəki sual Ərdoğanın “İstanbuldan imtina edib-etməyəcəy”idir.

Dövlət qurumları arasında səlahiyyət bölgüsünün pozulduğu bir ölkədə müxalifət yeni kampaniyaya hazırlaşır. Ancaq Türkiyə elə-belə ölkə deyil. Seçki Şurasının qərarı demokratik prosesin bütövlüyünü şübhəyə alır. Təhlükəli yeni bir fəsil başlanıb.

Türkiyə Cümhuriyyətinin tarixi iki əleyhdar qüvvə arasında mübarizə kimi səciyyələndirilə bilər: üst səviyyə məmurlardan, hərbi generallardan və hakimlərdən ibarət siyasətçilər və bürokratik oliqarxiya. Bürokratik oliqarxiya məqbul siyasətin sərhədlərini çəkib; siyasətçilər bu hüdudlar içində qalmalı idi.

İslamçılar, kommunistlər, kürd milliyyətçiləri – siyasətçilərin səhv bir növü “məqbul” həddən artıq kənardadır, onlar partiyalarının qadağan olunması kimi qanuni əks-səda ilə dəfələrlə üzləşiblər. Əgər onlar fəaliyyətlərini davam etdirərsə və sistemin bütövlüyünə təhlükə yarada bilsələr, hərbi çevriliş baş verərdi.

Model illərlə qüvvədə olub. Siyasətçilər sərhədləri geri itələyir; hakimlər və generallar onları yerinə qaytarır və nəticədə çevriliş şifəsi pozulur.

Türklər həmişə demokratiyanın bu formasının tarazlıq yaradacağına ümid ediblər.

Perspektivli islamçı siyasətçi Ərdoğan bu nümunəni silib-süpürüb. Həyat, onun sözlərinə görə, mühafizəkar siyasətçilərin “milli iradə” dediyi ilə biznes və bürokratiya arasında epik bir müsabiqədir. Bu hekayət ictimai xidmətlər, infrastruktur və iqtisadi artımlara əhaliyə təqdim edilərək, onun populyarlığını artırıb.

1994-cü ilin bələdiyyə seçkilərində 25 faiz səs qazanaraq Ərdoğan bələdiyyə başçısı seçilib; 2002-ci ildə o, yeni qurulan partiyası ilə hökuməti formalaşdırmağa kömək edən səslərin 34 faizini qazanıb; 2007-ci ildəki seçkilərdə 47 faiz və yenidən baş nazir seçilib; 2011-ci ildə səslərin 50 faizi və baş nazirlik üçün üçüncü müddət…

2010-cu ilin ortalarına qədər Ərdoğan o qədər qüvvətli olub ki, bürokratik oliqarxiya və seçilmiş siyasətçilər arasında mübahisə və müzakirələr köhnə modeli pozub. Hakimlər və generallar artıq onu məhdudlaşdıra bilməyib.

Ölkəni Konstitusiyaya sadiq bir sistemə keçmək əvəzinə, Ərdoğan onu özü və partiyasının xidmətçisi edib. Ərdoğan 2017-ci ildə elan edib: “Türkiyənin taleyi və Ədalət və İnkişaf Partiyasının taleyi bütövləşdi”.

İndi Ərdoğan oyun qaydalarını hazırlayır. Hökumət büdcəsini formalaşdırır, müxalifətə qarşı qanunlar qəbul edir, həm özəl, həm də hökumətə məxsus media qruplarının onu tərənnüm etməsinə göstəriş verir. Seçki siyasətini qalib komandanın bir neçə qol vurduğu və rəqiblərin meydandan suyu süzülə-süzülə çıxdığı futbol oyununa çevirib.

Halbuki indiyə qədər Ərdoğan seçkilərə müdaxilə etməmişdi. Seçki qutusu müqəddəs idi. Seçkilərə müdaxiləyə qədər müxalifət arasında ümid var idi. Buna görə də, İstanbuldakı seçkini təkrarlamaq qərarı ölkənin tarixi üçün çox əhəmiyyətlidir. Suyu süzülən komanda qol vurub, lakin hakim səlahiyyətlərindən faydalanaraq, qolu saymayıb.

Ərdoğanın onu – İstanbulun yöndəmsiz küçələrindən olan bir oğlanı respublikanın prezidentliyinə aparan siyasi sistemə zərbə vurması təəccüblü görünə bilər.

Bəlkə də onun fikrincə, seçkilərdə müxalifət partiyalarını dayandırmaqla, onların iradəsini qıracaq və bu, ona 50 faizdən çox olan dəstək bazasını genişləndirmək imkanı verəcək. Bu ssenaridə seçkilər – mövcud alternativlər arasında seçim deyil, dövlətə sadiqlik ayinidir.

Ərdoğan ötənilki seçkilərdə səslərin 77 faizini qazanan Rusiya prezidenti Vladimir Putini təqlid etdi. Əgər oxşar nəticələrə nail olmağı istəsə, bu, Putin repressiyalarının təkrarı və “şər qüvvə” kimi beynəlxalq status deməkdir.

Türk siyasətinin köhnə modelini pozduqdan sonra Ərdoğan yeni bir şey yaradıb. Siyasət – ideologiyanı və ya siyasi mövqeyi müdafiə etmək deyil, mümkün güclər əleyhinə “xalq çempionu” olmaqdır.

Ərdoğan siyasi yolçuluğunu yanlış tərəfdən, dindar müsəlman olaraq başlayıb. İndi o isteblişmentdir və buna görə də, vaxt keçdikcə daha az populyardır. Gənc müxalifət lideri İmamoğlu Ərdoğan nəslinin dünyəvi-dini bölünməsini asanlıqla adlayır, hətta Məkkədəki hacılardan, həmçinin pank rokçu Gökhan Özoğuzdan dəstək qazanır.

İmamoğlu seçicilərinin ünvanını yaxşı bilir. Hökumətin hər bir uğursuzluğu, – iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər – İmamoğluna dəstəyi artırır. O, Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir.

Ərdoğan bütün həyatını bürokratiya birlikdə yaratdığı prosesə sərf edib – siyasi sahəni genişləndirməyə. Amma siyasi aləm ona qarşı çıxarsa, nə baş verəcək?(Səlim Koru,“The New York Times”)
Tərcümə: Strateq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əkrəm İmamoğlu: Qorxu divarlarını yıxmaq məcburiyyətindəyik

    Əkrəm İmamoğlu: Qorxu divarlarını yıxmaq ...

    11-05-2019, 12:29

  • 
  • Əkrəm İmamoğlu: Nə qədər sayılırsa sayılsın, heç bir narahatlığımız yoxdur

    Əkrəm İmamoğlu: Nə qədər sayılırsa sayılsın, heç ...

    6-04-2019, 10:46

  • 
  • İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

    İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri ...

    3-04-2019, 10:15

  • 
  • Binəlinin plakatları şəhəri bürüdü: “Təşəkkürlər İstanbul!”

    Binəlinin plakatları şəhəri bürüdü: “Təşəkkürlər ...

    2-04-2019, 10:45

  • 
  • Ərdoğanın məğlubiyyəti və yeni siyasi reallıq

    Ərdoğanın məğlubiyyəti və yeni siyasi reallıq ...

    3-04-2019, 13:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (13)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu