Trampın Qüds qərarının arxasında ABŞ hakimiyyəti, İsrail və bəzi ərəb rejimləri dayanıb.
Bu barədə İsrail Kommunist Partiyasının sözçüsü Efraim Benayun danışıb.
Benayun İsrailin Baş naziri Benyamin Netanyahunun “sülh və rifah” iddiasına qarşılıq verərək, Qüds qərarının bütün region üçün dağıdıcı təsirə səbəb olacağını bildirib. Partiya sözçüsü həmçinin Türkiyənin Trampın həmləsinə verdiyi reaksiyanı məmnunluqla qarşıladıqlarını bildirsə də, Ankaranın reaksiyasının çaşdırıcı olduğunu vurğulayıb.
“Qüdsü ifadə edə biləcəyimiz bir kimlik yoxdur. Qüds nə ərəb, nə müsəlman, nə də xristianındır. Qüds bəşəriyyətin ortaq dəyəridir və elə də qalacaqdır. ABŞ qanlı əllərini Fələstin və Yaxın Şərq ölkələrinin üzərindən çəkməlidir. Netanyahu da bu qanlı ortaqlığa dərhal son verməlidir”, - Benayun deyib.
Partiya sözçüsü baş verənləri Tramp və Netanyahunun təhlükəli macərası adlandırıb:
“Bütün dünyada etiraz səsini yüksəltməli və liderlərin üzünə qatil olduqlarını hayqırmalıyıq. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?