Türkiyənin 9-cu prezidenti məhkəmənin "Ergenekon" qərarını şərh edib
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl məhkəmənin "Ergenekon" mühakiməsi barədə verdiyi yekun qərarı şərh edib. Bütün məhkumlara işlədikləri cinayətin dəlilləri ilə bildirilməli olduğunu deyən sabiq prezident qeyd edib ki, ədalətin kəsdiyi barmaq ağrımaz.
"Bu ayaqüstə danışılacaq bir məsələ deyil. Hüquqi instansiyalar Türkiyədə axıra qədər açıqdır. hüququn hakim olması, ədalətin hakim olması Türkiyə üçün şərəfdir. Mən bir şeyi bilirəm ki, Türkiyədə heç kim günahsız yerə cəzalandırılmamalıdır. Günahımın nə olduğunu bilmirəm deyənlər var. İşlədiyin cinayət budur, sübutu da budur deyilənə qədər hüquqi proses işləməlidir. Məhkəmə Türkiyənin ən əhəmiyyətli qurumudur. Nəhayət isə, ədalətin kəsdiyi barmaq ağrımaz. Mən yaxşı şeyləri həmişə sevinclə qarşılayıram. Haberal (Məhkəmədə bəraət edən siyasətçi Mehmet Haberal) isə haqsızlığa məruz qalmışdı, həmişə bu fikirdə olmuşam", - deyə Dəmirəl qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?