Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Saqrad” telekanalının Gürcüstanla münasibətlər barədə sualını cavablandırıb.
O, Moskva ilə Tbilisi arasındakı narazılıqları yatırtmaq üçün öz planını təklif edib. Jirinovski iki ölkə arasındakı münaqişənin mənbəyinə toxunarkən deyib: “Rusiya bütün Gürcüstanı işğal etməli, Saakaşvilini həbsə atmalı, müharibəyə başladığı üçün onu mühakimə etməli, Rusiya tərəfdarı olan Giorqadzeni (“Ədalət” partiyasının üzvü, keçmiş dövlət təhlükəsizlik naziri – red.) hakimiyyətə gətirməli idi”. Onun fikrincə, Moskva təxribatlara elə cavab verməliydi ki, bir də heç kəs Rusiyanı alçaltmağa cürət etməsin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?