Livan ordusu İsrail qüvvələrinin sərhədin Livan tərəfində yerləşən Marun Ər-Ras, Aytaron və Yaron bölgələrinə onlarla səhra topundan atəş açdığını rəsmən açıqlayıb.
Gundemxeber.Az publika.az-a istinadən xəbər verir ki, açıqlamada sözügedən atışlarından sonra bölgədə genişmiqyaslı yanğınların başladığı qeyd olunub.
İsrail mətbuatı Livan sərhədinə 4 km məsafədə yerləşən bölgələrdəki sığınacaqların açıldığını, sakinlərə isə evlərindən çıxmamaq göstərişi verildiyini yazıb.
Hizbullah terror təşkilatının açıqlamasına görə, ötən gün saat 16:15 etibarilə “Həsən Zəbib və Yasir Dahir Şəhidlər Qrupu” İsrailin şimalındakı Avivim hərbi məntəqəsini vurub və nəticədə məntəqədəkilər ölüb.
İsrailin Baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı verdiyi açıqlamada ölkəsinin atacağı addımlarla bağlı tezliklə qərar verəcəyini bildirib. Baş nazir aralarında baş qərargah rəisinin də olduğu ali nümayəndələrlə görüşündə atılacaq yeni addımları müzakirə edib. İsrail ordusuna hər cür ssenariyə hazır olmaq əmri verdiyini ifadə edən Netanyahu baş verəcək hadisələrə dair yeni addımlar atılacağını qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?