Avropa İttifaqı Britaniyanın bu həftə sonu Brexit danışıqları keçirmək istəyini rədd edib. Bu barədə Britaniya mediası xəbər verib. Baş nazir Boris Conson isə Brexit razılığı əldə olunsa da, olunmasa da oktyabrın 31-də ittifaqı tərk etmək vədini bird aha təkrarlayıb.
Sky News-un məlumatına görə, Avropa Komissiyası bildirib ki, Consonun yeni Brexit təklifləri ayrılmaqla bağlı razılığı başa çatdırmağa əsas vermir.
Avropa Komissiyasının sözçüsü Nataşa Bartaud deyib ki, bazar ertəsi Britaniya Krallığına “təkliflərini irəli sürməyə yenidən imkan veriləcək”.
Conson dəfələrlə Brexitin təxirə salınmasını istəməyəcəyini deyib.
“Yeni razılıq ola bilər, razılıq olmaya da bilər – amma ləngimə olmayacaq. #BrexitiHəllEdin #Oktyabrın31-dəTərkEdin”- deyə, Conson tvit atıb.
Lakin onun hökməti cümə günü ilk dəfə olaraq Consonun Aİ-na məktub göndərərək oktyabrın 19-dək razılıq əldə olunmasa Brexitin təxirə salınmasını tələb edən məktub yollayacağını təsdiq edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?