Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə dövlət başçıları özlərinin "Twitter" səhifələrində yazıblar.
Ərdoğanın paylaşımında deyilir:
"Hörmətli Tramp ilə ikitərəfli məsələləri müzakirə etdik. Eləcə də, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı da fikir mübadiləsi apardıq".
Trampın paylaşımda isə yazılıb:
"Cənab Prezident, bəşəriyyətin əzəli düşməni olan terrorizmi məğlub etdikdə daha çox həyat xilas olacaq. Əminəm ki, göstərdiyimiz səy bölgədə sülh və sabitliyin yaradılmasına kömək edəcək".
Sorğu
Yeni dizaynımız necədir?