Prezident Donald Tramp Suriyanın şimal-şərqindən kürd qüvvələrinin çıxarılmasından və Türkiyənin onlara qarşı hərbi əməliyyatlarının bitməsindən sonra Türkiyə-Suriya sərhədində böyük uğur əldə edildiyini bildirib.
"Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət. Təhlükəsiz bölgə yaradıldı! Atəşkəs riayət edildi və döyüş tapşırıqları tamamlandı. Kürdlər təhlükədə deyil və bizimlə yaxşı əməkdaşlıq etdilər. İŞİD-in əsir götürdüyü insanlar azad edildi, Təşəkkür edirəm! Ağ Evdən sizi məlumatlandıracağam" - deyə, Tramp Twitter səhifəsində yazıb.
Çərşənbə axşamı Türkiyə kürdlərin Suriyanın şimal sərhədindən tamamilə çəkildiyini və onlara qarşı hərbi hücumlarını davam etdirməyə "ehtiyac olmadığını" bildiridi.
Türkiyə bu barədə açıqlamanı Suriyanın şimalındakı kürd döyüşçülərinin bölgəni tərk etmələrinə görə beş gün davam edən atəşkəs razılığının müddətinin bitməsindən bir neçə saat sonra verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?