Zəlimxan Məmmədli: “Bu proseslər heç də iddia olunduğu kimi, qəfil başlamayıb...”
Məlum olduğu kimi, bir neçə gündür ki, İranda davam edən və bütün dünyanın diqqət mərkəzində olan etirazlar ciddi qarşıdurmalara səbəb olmaqdadır. Etirazlar fonunda xeyli sayda şəxsin həbs edildiyi, hətta bəzi şəxslərin qətlə yetirildiyi ilə bağlı informasiyaalr səslənir.
Maraqlıdır, Azərbaycan İrandakı proseslər fonunda Güneydəki sodyaşlarımızın aqibəti ilə bağlı həsaslıq sərgiləməlidirmi? Ümumiyyətlə, bu proseslərin mümkün nəticələri nə ola bilər?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məlum etirazların kökündə uzunmüddətli narazılığın dayandığını vurğuladı:
“Azərbaycan dövlətindən fərqli olaraq, Azərbaycan xalqının bu məsələyə öz yanaşması var. Biz Güneydəki soydaşlarımızın taleyinə biganə qala bilmərik. Bu məsələdə Güneydəki soydaşlarımıza dəstək millətimiz, ictimai qurumlarımız, mediamız səviyyəsində olacaq.
Güneydəki proseslər iddia olunduğu kimi, qəfil başlamayıb. Bu uzun zamandır hazırlanan milli mücadilənin bir mərhələsidir. Bu mərhələdə öz müqəddəratını təyin etmək məsələsinin siyasi gündəmə gəlməsi gözləniləndir və bunun işartıları da var.
Bu poblem millətin problemidir və milət bu problemə münasibətini sona qədər ortaya qoyacaq”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?