İranlı general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.
Gundemxeber.az-ın verdiyi xəbərə görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə İraq aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.
Təyyarəni tərk etdikdən sonra baş verən partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. Onun dəfələrlə bu üzüklə görüntüləndiyi bildirilib.
İranın İraqdakı səfiri İrac Məscidi Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində general Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndisi ilə bərabər, on beş nəfərin də öldüyünü bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?