Xəbər verdiyimiz kimi, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. Bundan sonra ABŞ-İran münasibətlərində gərginlik yaşanıb.
Tanınmış ekspert Natiq Cəfərli iki dövlət arasındakı münasibəti şərh edib. O, bildirib ki, burada uduzan tərəf elə gərginliyi başladan Amerika olacaq:
“ABŞ-İran gərginliyinin artmasının ilkin nəticələri bunlardır:
1) ABŞ əsgərlərinin İraqdan çıxarılması ilə bağlı bu ölkənin parlamenti qərar verdi - uduzan Tramp oldu, hatta İraqı sanksiya ilə hədələyir, artıq bu aləti beynəlxalq aləmdə gülüş hədəfinə çevirir - "kimdən xoşum gəlmir sanksiya qoyacam", yanaşması absurddur. Bu addım İrana və Rusiyaya yaradı - ABŞ əsgəri İraqdan çıxsa. qazanan bu iki ölkə olacaq,
2) İran generalının beynəlxalq hüqüqa zidd öldürülməsi İran əhalisini yenidən anti-amerikanizm mövzusunda birləşdirdi, xarici düşmən daxili sosial-iqtisadi problemləri arxa plana atdı - udan İran hökuməti oldu,
3) Gərginlik neftin qiymətini 70 dollara çıxartdı - udan Rusiya və digər neftə bağlı ölkələr oldu, Səudiyyə də uddu - ARAMCO şirkətinin səhimlərini daha baha satacaq, uduzan isə ABŞ istehlakçısı oldu, benzini daha baha alacaq, bu da Trampın 2-ci dəfə seçilmə şansını azaldır,
4) Yaxın Şərqdə anti-amerakanizm artdı - uduzan yenə ABŞ oldu,
5) İranın nüvə anlaşmasından tam çəkilməsi üçün hüquqi bəhanə yarandı - uduzan Qərb oldu, qazanan isə yenə Rusiyadır - həm anlaşmanı dəstəkləyir, həm də İranla dünya arasında arabulucu olub nüfuzunu artırır,
6) ABŞ bu gərginlikdən sonra Suriyadan da çəkilməyə məcbur olacaq, çünki bu “yiyəsi ölmüş ölkə”də istənilən ABŞ marağı "hibrit hücum" üçün açıq hala gələcək - uduzan ABŞ, udan isə yenə Rusiya və İran olacaq”.
N.Cəfərli əslində, bütün bunlardan ABŞ-ın “beyin mərkəzlər”inin anladığını söyləyib. Lakin onların Trampın növbəti prezident seçkilərində seçilməyəcəyini bildiklərinə görə digər prezidentlərin edə bilməyəcəklərini Trampın əli ilə həyata keçirdiklərini vurğulayıb:
“Xub, belə analiz edən ABŞ "beyin mərkəzləri" yoxdurmu? Təbii ki, var, amma Trampa missiya yükləyən pərdəarxası güclər onun ikinci dəfə seçilməyəcəyini anlayırlar və bu 1 ildə onun əli ilə bəzi məsələləri həll etmək istəyirlər. Əslində seçkidən öncəki 1 ildə ABŞ prezidentləri həmişə "axsaq ördək" olurlar, yəni yenidən seçilmə haqqında düşünüb kəskin addımlar atmırlar - Tramp isə özünü siyasətçi kimi yox, dalaşqan məhəllə uşağı kimi aparır, məntiqi, siyasi etikanı, siyasi yanaşmanı zorlayır. Deməli əsas məqsəd seçilmək deyil də, başqa prezidentin heç vaxt etməcəyini ona etdirməkdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?