İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi Tehranda böyük bir salonda çıxışında izdihamlı qrupa müraciət edən bildirib ki, həyata keçirilən raket hücumu "dünən gecə Amerikanın üzünə vurulmuş bir sillə idi."
"Dünya qaydaları dəyşir. Böyük dəyişiklər olacaq" - deyə, o əlavə edib.
Nitqində öldürülən general Sülyemaniyə təriflər yağdıran Xameneyi dini qruplaşmalardan danışaraq, "keçmişdən dərs alınmalı" olduğunu bildirib.
Xameneyi Amerikanın bu günə qədər Yaxın Şərq bölgəsinə "qarışıqlıq, ayrıseçkilik və korrupsiyadan başqa bir şey gətirmədiyini və Amerikanın olduğu hər yerdə bu qarışıqlığın davam etdiyini" bildirib.
O həmçinin Amerikanın bölgəni tərk etməyin vaxtı gəldiyini deyib.
İran prezidenti Həsən Ruhani də verdiyi açıqlamalarda keçən həftə öldürülən generalın intiqamının alınmasının ən yaxşı variantının Amerikanın bölgədən çıxmasına məcbur edilməsi olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?