GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya da yeni müstəqil dövlətlərə parçalanır

Rusiya da yeni müstəqil dövlətlərə parçalanır

Tarix: 16-12-2012, 13:36 Bölmə :Dünya Baxış: 681
Rusiya da yeni müstəqil dövlətlərə parçalanır

ABŞ-ın ardınca şimal qonşumuzun ərazisində yeni müstəqil subyektlərin yaranması qaçılmaz sayılır

gundemxeber.az Son dövrlər dünyanın siyasi gündəmini zəbt edən əsas mövzulardan biri də xəritədə yeni müstəqil dövlətlərin peyda ola biləcəyi ilə bağlıdır. Hazırda ABŞ və Rusiya ərazisində yeni müstəqil dövlətlərin yaranma ehtimalı isə digərləri ilə müqayisədə daha yüksək dəyərləndirilir. Xatırladaq ki, ABŞ seçkilərindən 1 həftə sonra prezident Barak Obamanın səsvermədə qalib gəldiyi 7 ştatın sakinləri dövlət tərkibindən çıxmaq üçün hökumətə petisiya ünvanlayıb. Bir qayda olaraq əksər seçkilərdə respublikaçılar partiyasından olan namizədlərə səs verən Texas, Luiziana, Cənubi Karolina, Alabama, Corciya, Tenessi və Florida ştatlarında, müraciətə baxılması üçün yetərli olan 25 mindən çox imza toplanıb.
Təkcə mühafizəkarların mərkəzləşdiyi Texasda, ştatın müstəqil dövlətə çevrilməsini 100 mindən çox insan öz imzası ilə təsdiq edib. Qeyd edək ki, Texas ştatı 1846-cı ildə Birləşmiş Ştatlara müstəqil dövlət kimi daxil olub və ştatın istənilən vaxt ABŞ tərkibini tərk etmə hüququ var. Xatırladaq ki, sonuncu dəfə ABŞ-dan 11 ştat 1860-1861-ci illərdə ayrılıb. Onlar Avraam Linkolnun prezident seçilməsinə qarşı çıxıb və müstəqil konfederasiya yaradıb. Ardınca isə ABŞ-ın cənub və şimalı arasında vətəndaş müharibəsi yaranıb və yalnız 1865-ci ildə dövlətin ərazi bütövlüyü bərpa olunub. İstisna olunmur ki, ABŞ ərazisində bəxi ştatlar adlarını artıq müstəqil dövlət olaraq dünya tarixinə yazdırsınlar.
Şimal qonşumuz Rusiya Federasiyasının da yeni müstəqil dövlətlərə parçalana biləcəyinə dair elə bu ölkənin özündə çoxsaylı fikirlər səslənməkdədir. Məsələn, rusiyali politoloq Dmitri Bıkov Rusiyanın yeni müstəqil dövlətlərə parçalanacağını proqnozlaşdırır. «SSRi 20 il sonra: bundan sonra nələr olacaq» məruzəsində politoloq Bıkov Rusiyanın vahid ərazi kimi yaşamaq imkanını itirdiyini deyib. Onun sözlərinə görə, Tatarıstan Rusiyanın içində anklavdır. Onlardan rus yaratmaq mümkün olmayacaq və buna ehtiyac da yoxdur. Bu ərazi bir çox mənada Rusiya üçün itirilib. Bıkovun sözlərinə görə, gələcəkdə müstəqil Qafqaz, müstəqil Sibir və müstəqil Uzaq Şərqlə qonşuluqda yaşamağa vərdiş etmək lazımdır.
Hazırda Rusiyanın tabeçiliyində olan Şimali Qafqaz ölkələrinin müstəqil subyektlərə çevrilmə ehtimalı getdikcə artır. Rusiyanın indilikdə gördüyü qabaqlayıcı tədbirlər isə müəyyən zaman üçün təsirli ola bilər. Bundan sonra Şimali Qafqazda müstəqil dövlətlərin yaranması gözlənir.
Hazırda Dağıstanda cərəyan edən proseslər açıq-aydın göstərir ki, Moskva regionu nəzarətdə saxlaya bilmir. İndi Şimali Qafqaz respublikalarında, xüsusən də Dağıstanda müstəqillik meylləri xeyli artıb. Şübhəsiz ki, Moskvada bunu çox gözlə anlayırlar, lakin təsirli mexanizm işləyib hazırlaya bilmirlər. Onu da bildirək ki, son illərdə Şimali Qafqaza Rusiyanın böyük sayda erməni əhalisi köçürmək istiqamətində fəal siyasət yürütməsi də aydın müşahidə olunur. Lakin Şimali Qafqaz xalqları burada məskunlaşdırılan ermənilərlə yola getmir. Lakin Rusiya erməniləri burada yerləşdirməkdə israrlı görünür. Məlumatlara görə, indi Şimali Qafqazda olan ermənilərin sayı yarım milyonu keçir. Lakin onların Şimali Qafqaz xalqları ilə münasibətlərinin kəskinləşməsi fonunda ermənilərin buradan köçünün başlanması və ən yaxşı halda üçdə birinin burada qala biləcəyi istisna olunmur. Xatırladaq ki, artıq Livanda ermənilər bu təcrübəni yaşayıb. Livanda 1974-cü ildə vətəndaş müharibələri zamanı müxtəlif Livan qruplaşmaları buradakı erməni əhalisindən istifadəyə çalışırdı. Nəticədə sözügedən ölkədə cəmi 100 min erməni qaldı. Analoji situasiyanın Şimali Qafqazda da yaşana biləcəyi vurğulanır.
Lakin qeyd olunduğu kimi, Rusiya məsələyə fərqli yanaşır, Şimali Qafqazdakı erməni əhalisinin sayının nəinki azalmasına imkan vermək, əksinə, onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Moskvanın nəyə görə belə bir addım atması isə Şimali Qafqazdakı gərgin vəziyyətlə izah olunur. Həqiqətən də Şimali Qafqaz respublikalarında – Dağıstanda, Kabardin-Balkariyada, İnquşetiyada, Çeçenistanda, Şimali Osetiyada vəziyyət daim gərgin xarakter daşıyıb. Bu respublikalar sözün əsl mənasında Rusiya üçün ciddi başağrısı olub.
Bu fonda sözügedən bölgədə gərginliyin durmadan artması, silahlı konfliktlərin miqyasının genişlənməsi və Rusiyanın getdikcə nəzarəti itirməsi Şimali Qafqaz respublikalarının Moskvanın yurisdiksiyası altından çıxmasını zaman məsələsinə çevirir. Şimali Qafqaza nəzarət itərsə, bunun ardınca Moskva Stavropol və Krasnodar kimi vilayətləri də itirə biləcəyini yaxşı başa düşür. Yeri gəlmişkən qeyd edək ki, sonuncu iki vilayətdə yaşayanların çoxunu qeyri-ruslar təşkil edir. Krasnodar itirilərsə, növbə Rostova, Həştərxana və digərlərinə çatacaq.

Fərid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ suriyalı qaçqınlardan imtina etdi

    ABŞ suriyalı qaçqınlardan imtina etdi ...

    17-11-2015, 13:36

  • 
  • ABŞ-da fövqəladə vəziyyət elan edilib

    ABŞ-da fövqəladə vəziyyət elan edilib ...

    29-04-2014, 10:11

  • 
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Rusiyanın “terrorçu - dövlətlər” siyahısına daxil edilməsi üçün yüz min imza toplanıb

    Rusiyanın “terrorçu - dövlətlər” siyahısına daxil ...

    21-05-2014, 10:44

  • 
  • Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - SİYAHI

    Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - ...

    3-06-2016, 01:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu