Rusiyanın terrorçu dövlətlər və ona sponsorluq edənlər siyahısına daxil olmasını istəyənlər yüz mindən çox imza toplayıb. “Gazeta.ru”-ya istinadən məlumatına görə, petisiyalar Ağ Evin sayında yerləşdirilib. Məlumata əsasən, ABŞ hakimiyyətinin bu məsələyə cavab verməsi üçün azı yüz min imza toplanmalıdır. Onu da qeyd edək ki, Ağ ev heç də həmişə bu imzalara münasibət bildirmir. Petisiyanın mətninə əsasən, Rusiya Ukraynada beynəlxalq terrorçuluğa bərabər gizli hərbi əməliyyatlar keçirir. Mənbə xatırladıb ki, ABŞ-ın Dövlət Departamenti İran, Suriya, Kuba və Sudanın terrorçuluğa sponsorluq edən dövlətlər olması məsələsinə baxmaqdadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?