İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib ki, İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.
“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib” - deyə, Əhməd Əl-Sahaf bəyanatda qeyd edib.
İraq XİN rəsmisi bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayının 828-ə çatdığını açıqlayıb.
İŞİD ilə İraq dövləti arasındakı şiddətli müharibə zamanı üç il (2014-2017) ərzində İraq qüvvələri minlərlə hərbçini və İŞİD döyüşçülərini, o cümlədən yüzlərlə fərqli millətdən olan əcnəbiləri həbs edib.
Müharibə İŞİD-in 2014-cü ilin yayında İraqın ərazisinin üçdə biri olduğu təxmin edilən bütün torpaqlarını itirməsi ilə başa çatıb.
İraq məhkəmə sistemi Terrorla Mübarizə Qanununun 4-cü maddəsinə uyğun olaraq terror aktlarında əsas günahkar və ya tərəfdaş kimi iştirak edən hər kəsin ölümünə hökm verməsini nəzərdə tutan yerli və əcnəbi İŞİD döyüşçülərini təqsirli bilir.
Təqsirkar, təşkilatçı, maliyə dəstəkçisi və terrorçuların cinayəti həyata keçirməsinə imkan verənlər hücumun əsas günahkarı olaraq cəzalandırılacaqlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?