Keçən həftə Savsan Əl-Musəva prezident Rəcəp Tayyib Ərdoğanın miqrantların Avropaya keçməsi üçün Türkiyənin sərhədlərini açdığını eşitdikdən sonra dörd uşaq anası Suriyanın şərqindəki qaçqın düşərgəsini tərk edərək Yunanıstan sərhədinə üz tutdu.
Altı gün sonra yorğun, əsəbi və Avropada yeni bir həyat xəyalları Avropa İttifaqı sərhədində sona çatdığı üçün qəzəbli olan Musəva beyin iflici olan iki oğlu və digər uşaqları ilə birlikdə sərhəd şəhəri Edirnedəki avtobus stansiyasında çadır qurdu.
"Yunanıstanın keçməmizə imkan verməyəcəyini bilə-bilə o, (Ərdoğan) nə üçün bunu bizə etdi?" deyə yerdə uzanıb qorxunc hərəkətlər edən 13 və 7 yaşlı oğulları üçün paltar və uşaq bezi ilə dolu bir çanta, yerdə oturan Musəva hirslə soruşur.
Suriya, Əfqanıstan, İran, Pakistan və Afrikadan gələn minlərlə miqrant aralarındakı münasibət gərgin olan iki NATO müttəfiqi - Türkiyə və Yunanıstan arasındakı sərhəd boyunca düşərgə qurub.
Hazırda bu miqrantların çoxu çaşqındır və nə edəcəyini bilmir.
Musəva kimi bəziləri sonuncu qəpiklərini Türkiyənin cənub-şərqində, Gaziantep şəhərinin yaxınlığındakı qaçqın düşərgəsindən Yunanıstan və Bolqarıstana yaxın Edirnəyə qədər olan 1300 kilometrlik yolu qət etmək üçün xərclədiklərini deyir.
Digərləri isə müvəqqəti həyat qurduqları yerlərə, əl işləri ilə məşğul olduqları Türkiyə ərazisinə qayıtmaq üçün avtobuslara minir.
Kişilər, qadınlar və uşaqlar hələ də ümidlərini kəsməyərək, Maritsa çayının sahilində yardım qrupları və yerli xeyriyyəçilər tərəfindən gətirilən şirniyyat, kartof qəlyanaltıları və sərinləşdirici içkilərlə qidalanır.
Ağlayan körpələrin məsciddən namaza çağıran azan səsi ilə qarışanda çarəsiz ailələr tonqallar qalamağa başlayır.
Türkiyə polisi Edirnədəki Yunanıstan sərhədinə aparan əsas körpünü miqrantlar və jurnalistlər üçün bağlayıb.
Keçən həftə başlayan böhran 3.6 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə milyardlarla avro yardım qarşılığında Avropa Birliyinə miqrasiya axınını dayandırmaq üçün 2016-cı il müqaviləsini yerinə yetirməyəcəyini bəyan etməsindən sonra dərinləşib.//amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?