İsrail yəhudi düşmənliyi və soyqırıma təşviq etdiyinə görə İranın dini lideri Əli Xameneyinin hesabının bağlanması üçün Tvitter sosial şəbəkəsinin rəhbərliyinə müraciət edib.
İsrailin strateji işlər naziri Orit Farkaş-Hakohen Tvitterə göndərdiyi məktubda Xameneyinin sosial şəbəkə hesabında “İsrailin məhv olması” və bu ölkəni “xərçəng hüceyrəsi”nə oxşatması ilə bağlı paylaşımlarına diqqət çəkib.
Nazir İranın dini liderinin sosial şəbəkədə yəhudi düşmənliyi aparması və İsrailə qarşı soyqırım çağırışlarına görə Tvitterdən onun hesabının dondurulmasını istəyib.
Qeyd edək ki, Xameneyinin ”Qüds günü” ərəfəsində Tvitter sosial şəbəkəsindəki bir sıra paylaşımı dünya ölkələri liderlərinin kəskin reaksiyasına səbəb olub. O, həmçinin “Qüds günü” ilə bağlı televiziyadakı canlı yayımda İsraili koronavirusa bənzətmişdi.
Bundan əlavə, Xameneyinin rəsmi saytının yaydığı posterdə Fələstin-İsrail məsələsi ilə bağlı “son həll yolu” ifadəsindən istifadə etməsi kəskin tənqidlərə səbəb olub. “Son həll yolu” - Almaniyanın nasist hökumətinin İkinci Dünya Müharibəsi zamanı yəhudilərə qarşı törətdiyi soqırımla bağlı işlətdiyi ifadədir.//teleqraf.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?