Ermənistanda koronavirusun yayılması ən yüksək həddə çatdı və bu, səriştəsiz hökumət işlərinin nəticəsidir.
Bunu 168.am erməni nəşrinə müsahibəsində Daşnaksutyun partiyasının nümayəndəsi Artur Xaçatryan söyləyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti mənasız kampaniyasını davam etdirir.
“Şok terapiyası keçirməli olduq. İndi sərt karantinə keçməyi doğru hesab edirəm. İnsanlar Nikol Paşinyanı dinləməyi dayandırdılar və bunun səbəbləri var. Ermənilərin həyata keçirmədiyi gözləntilər var idi. Hökumətdəki məyusluğun növbəti səbəbi koronavirusa qarşı təsirsiz mübarizə oldu. Əminəm ki, hökumət bu məsələdə də “günahkarları” tapacaqdır. Həmişə uğursuzluğa uğrayanda kimlərisə tapıb hər şeyi onun boynuna yıxırlar. Hakim komandada istefaların olacağına təəccüblənmərəm” dedi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?