GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Sorosa işləyir və Rusiyanın ayaqlarının altını qazır

Sorosa işləyir və Rusiyanın ayaqlarının altını qazır

Tarix: 1-08-2020, 12:23 Bölmə :Dünya Baxış: 660
Sorosa işləyir və Rusiyanın ayaqlarının altını qazır


İyulun 30-da Rusiyanın “Qazeta.ru” internet-nəşrində İvan Akimovun “Paşinyan və Soros fondu ayrılmaz dostlardır” sərlövhəli məqaləsi dərc edilib.

Gundemxeber.Az virtualaz.org-a istinadla həmin məqaləni ixtisarla təqdim edir.

X X X

Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibə verib. Onun bu müsahibəsi Marqarita Simonyanın Ermənistanda böyük hay-küyə səbəb olmuş bir postu ilə bağlı idi. Bəzi müşahidəçilər baş nazirin bu qərarını gözlənilməz adlandırıblar. Aşkardır ki, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Paşinyanı əməlli-başlı qəzəbləndirib. “Qazeta.ru” saytı Ermənistan hökumətinin başçısının məhz nəyə görə belə qəzəblənməsini araşdırıb.

“Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Ermənistan ilə Azərbaycan arasında münaqişənin yenidən kəskinləşməsi fonunda səslənib. Qarşıdurmanın yeni raundu artıq 20 nəfərin həyatı bahasına başa gəlib. Bu mənada Marqarita Simonyanın əslində münaqişəni başlamış rəsmi Yerevana ünvanlanmış postunun ümumi tonu aydındır: “Dayanın! Nə qədər ki, gec deyil, dayanın!”

Xatırladaq ki, Simonyan “özünün də daxil olduğu xalqa deyil, məhz Ermənistan hakimiyyətinə” müraciət edib.

Simonyanın postu

“Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Ermənilər vicdanlı, nəcib və qədirbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”.

Simonyan öz postunu belə bir ritorik sualla tamamlayıb: Azərbaycan ilə sərhəddə vəziyyətin bu dəfəki kəskinləşməsini də Ermənistanın daxili işi hesab etmək olarmı?

Paşinyan qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə iradlara cavab olaraq bildirib ki, bu təşkilatlar onun hakimiyyətə gəlişindən əvvəl işləməyə başlayıblar. Baş nazir RBK-ya müsahibəsində deyib: “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?”

Əslində

Paşinyan məsələni belə təqdim etməyə çalışır ki, Sovet İttifaqı dağılandan sonra Yerevan Rusiyaya qarşı çox da loyal olmayıb. Bununla bərabər yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıblar. Burada faktlar göz qabağındadır. “Paşinyanın uğrunda” küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhval-ruhiyyəli insanlardır.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

“Qazeta.ru” bundan əvvəl də yazmışdı ki, məsələn “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “irs” partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşıb.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan televiziyaya verdiyi müsahibələrin birində bildirib ki, Sorosun fəaliyyəti Ermənistan üçün təhlükədir.

Görünür, bu hərəkəti ona bağışlamayıblar – az sonra Vanesyanı həmin xidmətin başçısı vəzifəsindən getməyə məcbur etdilər, onun yerinə isə o vaxta qədər xüsusi xidmətlərdə bircə gün də işləməmiş 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın bu “siyasi” təyinatından sonra peşəkar çekistlərin həmin qurumdan kütləvi şəkildə axını müşahidə olunur.

“Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Belə bir fakt da diqqəti cəlb edir ki, Ukrayna ilə yanaşı Ermənistan milyarderin maliyyələşdirdiyi təşkilatın bu cür dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir.

Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən “VETO” təşkilatının fəalları əslində Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalifətçi “Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıb.

Ekspertlər Yerevanda Rusiya biznesi üçün yaradılan problemləri də xatırlayırlar. Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu barədə danışıb.

Beləliklə, yalnız bu nəticəyə gəlmək olar ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səmimi, dostcasına əlaqə saxlayırlar.

“Rosbalt” yazır ki, hazırda Soros RF-də “arzuedilməz təşkilat” hesab olunan qondarma “Açıq cəmiyyət”in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir. Bu təşkilatlar praktiki olaraq respublikanın bütün fəaliyyət sahələrini, o cümlədən mass-media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələri əhatə edirlər.

Bir tərəfdən bu heç də həmişə pis hal sayılmamalıdır. Ermənistanın koronavirusa qarşı mübarizəsində Nikol Paşinyan bu istiqamətdə işi puç edəndən və ölkəni xəstəliyin statistikası və ölüm hallarının sayına görə dünyada autsayderlərdən birinə çevirəndən Sorosun köməyi çox yerinə düşdü. Lakin məsələyə daha qlobal mövqedən baxsaq Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aşkar əlaqəsi Rusiyaya və onun milli mənafelərinə heç bir yaxşılıq vəd etmir. Marqarita Simonyanın postu və Paşinyanın həmin posta cavabı isə bu reallığı daha açıq göstərdi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “RİA Novosti” ləğv olundu- Prezident sərəncamı

    “RİA Novosti” ləğv olundu- Prezident sərəncamı ...

    9-12-2013, 12:15

  • 
  • Paşinyan ABŞ rəhbərliyindən də gileyləndi

    Paşinyan ABŞ rəhbərliyindən də gileyləndi ...

    25-04-2019, 22:36

  • 
  • Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı DƏHŞƏTƏ SALDI

    Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı ...

    24-10-2019, 14:15

  • 
  • Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib

    Azərbaycan Prezidentinin mətbuat katibi İlham ...

    12-10-2019, 18:28

  • 
  • ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya Qazeta”nı müdafiə etdi

    ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya ...

    3-03-2020, 10:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu