Hindistanda ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıdıb.
Qəribə olayla bağlı “Times Now News” məlumat yayıb.
Belə ki, avqustun 2-də ailə üzvləri ilə mübahisə edən Əhməd Hassan onlara məlumat vermədən evi tərk edib və geri qayıtmayıb.
Ailə başçısının harada olduğunu öyrənə bilməyən ailəsi onun itkin düşməsi ilə əlaqədar polisə məlumat verib.
Üç gün sonra ailə üzvləri naməlum kişinin cəsədini tanımaq üçün hüquq-mühafizə orqanlarına dəvət olunub.
İtkin düşən şəxsin qardaşları vəfat etmiş şəxsin onların qardaşı olduğunu təsdiq edərək, elə həmin gün meyiti dəfn ediblər.
Lakin avqustun 7-də Ə.Hassan evə qayıdıb.
O bildirib ki, bütün bu müddət ərzində fabrikdə işləyib və əməkhaqqını alandan sonra evinə qayıtmaq qərarına gəlib.
Ə.Hassanın həyat yoldaşı ərinin qayıtmasından məmnun olduğunu bildirib.
Qadın qeyd edib ki, meyitə baxış keçirərkən onun ərinə məxsus olmasına şübhə etsə də, qardaşları vəfat etmiş şəxsin məhz Ə.Hassan olduğunu təsdiq ediblər.
Polislər isə dəfn edilən şəxsin kimliyini öyrənmək məqsədilə cinayət işini yenidən bərpa etmək məcburiyyətində qalıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?