GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Mayk Pompeonun Avropa turnesi: -AVROPA İTTİFAQI BELARUSA QARŞI DAHA SƏRT MÖVQEDƏDİR

Mayk Pompeonun Avropa turnesi: -AVROPA İTTİFAQI BELARUSA QARŞI DAHA SƏRT MÖVQEDƏDİR

Tarix: 17-08-2020, 16:23 Bölmə :Dünya Baxış: 465
Mayk Pompeonun Avropa turnesi: -AVROPA İTTİFAQI BELARUSA QARŞI DAHA SƏRT MÖVQEDƏDİR


Sergey Strokan

“Kommersant”, 17.06.2020


ABŞ dövlət katibi Mayk Pompeo Çexiya, Sloveniya, Avstriya və Polşaya səfərlərini başa çatdırıb. Səfər Vaşinqtonun Rusiya ilə əməkdaşlığı daraltmaq, Çin və İrana qarşı vahid cəbhə kimi çıxış etmək tələblərini pozan Avropa müttəfiqləri ilə birlik nümayiş etdirmək məqsədi daşıyıb. İkitərəfli münasibətlərdəki ağrılı nöqtələrin, habelə Belarusdakı böhranın müzakirəsi transatlantik birlikdə dərin parçalanmanı ortaya qoyub. ABŞ geosiyasi rəqiblərinə təzyiqləri artırmağa çağırarkən, Mayk Pompeo Minskə qarşı eyni qətiyyət göstərməyə tələsdirməyib.

Yenixeber.org: Mayk Pompeonun “Böyük Avropa Həftəsi” ötən Şənbə günü Varşavada hərbi əməkdaşlığın gücləndirilməsi və Polşada əlavə Amerika kontingentinin yerləşdirilməsi haqqında sazişin imzalanması, Çexiya, Sloveniya və Avstriyaya səfərlərlə yadda qalıb. Amerika diplomatiyasının rəhbəri “qastrol”a getməzdən əvvəl deyib: “Onların hamısı Amerikanın gözəl dostlardır. Çox gözəl və çox məhsuldar bir səfər olacağını gözləyirəm”.

Nikbinlik nümayiş etdirməsinə baxmayaraq, Dövlət Departamenti rəhbərinin missiyası Donald Trampın prezidentliyinin sonunda müttəfiqlər arasındakı münasibətlərdə, kritik bir kütlənin toplandığını nəzərə alaraq, çox çətin olub. Bunlardan ən başlıcası, ABŞ-ın Rusiya qazından, o cümlədən “Şimal axını-2 və “Türk axını” boru kəmərləri ilə enerji əldə etmədən imtina tələbi ilə Avropaya artan təzyiqlərlə bağlıdır.

Mayk Pompeo avropalıları ekoloji təmiz texnologiyalarla istehsal edilən Amerika mayeləşdirilmiş qazının və digər enerji ehtiyatlarının üstünlüklərinə inandırmalı idi. “İnanırıq ki, Avropanın enerji mənbələrini şaxələndirməsi və Rusiyadan asılı olmaması Amerikanın milli təhlükəsizliyini təmin etmək üçün olduqca vacibdir”, – deyə Pompeo Sloveniyanın baş naziri Janez Yanşa ilə görüşdükdən sonra Aİ-nin enerji siyasətinə dair Amerika görüşünü ortaya qoyub.

Sözgəlişi, Avropa müttəfiqlərinin bu yanaşmaya müqaviməti çox güclü olub. Mayk Pompeo artıq Avropada olarkən, Aİ-nin 27 ölkəsindən 24-ü, Dövlət Departamentinə “Şimal axını-2” qaz boru kəmərinin tamamlanmasında iştirak edən şirkətlərə qarşı sanksiya tətbiq edilməsinin yolverilməz olduğunu bildirən etiraz notası göndərib. Almaniyanın “Die Welt” qəzetinin verdiyi məlumata görə, etiraz avqustun 12-də videokonfrans zamanı ifadə edilib və hansı üç Avropa ölkəsinin ona qoşulmadığı dəqiqləşdirilməyib.

Notada qeyd olunur: “Aİ sanksiyaların ekstraditserial tətbiqini beynəlxalq hüququn pozuntusu hesab edir və “Avropa siyasətinin Avropada müəyyənləşdirilməli olduğu əsasından onu davam etdirəcək”.

Ümumən Mayk Pompeonun turnesi Rusiya və Çinə qarşı çıxmaq üçün transatlantik həmrəyliyi gücləndirməyin zəruriliyi düşüncəsi ilə birləşib. Bir paytaxdan digərinə keçərkən, təkrarladığı bu fikri Mayk Pompeo Çexiya Senatındakı çıxışında konseptual olaraq əsaslandırıb. “Çex Respublikasının təcrübəsi göstərir ki, Avropanın digər xalqları hansı təhdidlərlə üzləşir. Rusiya demokratiyanızı və təhlükəsizliyinizi pozmağa çalışmaqda davam edir, dezinformasiya və kiberhücum kampaniyası aparır” deyərək, o, Vaşinqton və Avropa müttəfiqlərinin “əvvəllər nəzərə alınmalı olan meylləri nəzərə almadığını” söyləyib. “Biz 1989 və 1991-ci illərdə avtoritar rejimlərin ölümünü gördük. Lakin bu idarəetmə forması qalıb. Bu rejimlərin keçmiş olduğuna ümid bəsləsək də, ümidlərimiz doğrulmayıb”. O, Çin Kommunist Partiyasını və Rusiyanı “təhlükə” adlandırıb.

Ancaq Praqada cənab Pompeo məyus olub. Dövlət başçısı və Dövlət Departamentinin rəhbəri ilə arasındakı danışıqlardan sonra Çexiya prezidenti Miloş Zemanın mətbuat katibi İrji Ovçaçek bildirib ki, “Rusiya və Çin gəlincə, Zemanın siyasəti iqtisadi diplomatiyanın praqmatik maraqlarını rəhbər tutur”.

Öz növbəsində, Çexiya baş naziri Andrey Babiş Dukovanı AES-də yeni enerji qurğusunun inşası üzrə tenderdə iştirakı Rusiya şirkətlərinə qadağa qoyma təklifini nəzakətlə rədd edib. “Avropa İttifaqının üzvü kimi fəaliyyət göstəririk. Həmişə olduğu kimi, bu cür tenderlər çərçivəsində müxtəlif konsorsiumlar yaranır. Aİ qaydalarına uyğun olaraq, kimsəni istisna edə bilmərik. Mən bunu ona açıqca izah etdim və düşünürəm ki, o bunu başa düşdü”.

Birləşmiş Ştatlar və onun transatlantik müttəfiqləri arasındakı ixtilaflar oktyabrın 18-də bitəcək İrana silah embarqosunun uzadılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında ABŞ qətnamə layihəsinin səsverməsi zamanı tam özünü göstərib. Rusiya və Çin əleyhinə səs verdikdən və Fransa, Belçika, Böyük Britaniya və Estoniya da daxil olmaqla, əksər dövlətlər bitərəf qaldıqdan sonra qətnamə lazımi sayda səs toplamayıb.

Polşanın xarici işlər naziri Yasek Çaputoviçlə birgə mətbuat konfransında Amerika diplomatiyasının rəhbəri məyus olduğunu gizlətməyib. “Təəssüf ki, Təhlükəsizlik Şurasının 5 üzvü Körfəz ölkələri və İsrailin öz və regional təhlükəsizliyini təmin etmələrini dəstəkləməyib. Çox təəssüf!”

Mayk Pompeonun səfəri Dövlət Departamenti başçısının bu ilin mart ayında ziyarət etdiyi Belarusda böhranın artması fonunda baş tutub. Eyni zamanda, Belarus tarixində ən sərt vətəndaş etirazları Vaşinqtonun Minsklə münasibətləri normallaşdırmağa başlaması və ABŞ-ın ölkədəki səfirini geri qaytarmaq qərarından qısa müddət sonra baş verib. “Belarusla bağlı böyük narahatlığımız var. Orada ədalətsiz seçkilər keçirilib. Belaruslar qəlbimizdədir. Etirazları izlədik və nümayişçilərin təhlükəsizlik qüvvələrinin hücumlarından qorunmasını istədik. Gələcəkdə bunu tələb etməyə davam edəcəyik”.

Bununla yanaşı, o, Minsk əleyhinə sanksiyaların tətbiqi ehtimalı barədə danışmağa tələsməyib, halbuki bu haqda ilk danışan Avropa İttifaqı olub.

Bu mənada vəziyyət ABŞ-ın Çin və Honq-Konq rəsmilərinə qarşı qətiyyətdən köklü şəkildə fərqlənib. Mayk Pompeo hələ Polşada olarkən, Aİ diplomatiyasının rəhbəri Josep Borrell demokratik prinsipləri pozan Belarus rəsmilərinə qarşı sanksiyaların hazırlanacağını elan edib.

Pompeo ilə Polşa baş naziri Mateuş Moravetski arasındakı danışıqlar da Avropanın ABŞ-dan daha fəal hərəkətlər gözlədiyinə dəlalət edib. “Baş nazir Moravetski Belarusdakı vəziyyət, əgər müxtəlif sanksiyalardan və ya diplomatik hərəkətlərdən danışırıqsa, beynəlxalq, həmrəy fəaliyyət tələb etdiyini vurğulayıb. Bu gün ABŞ-ın rolu, Aİ-nin həmrəyliyi vacibdir”. Bunu Polşa hökumətinin mətbuat katibi Pyotr Müller deyib.

Bununla yanaşı, Varşava kimi, Vaşinqtonun da Belarusda təkrar seçkilərin keçirilməsini tələb edib-etməyəcəyinə dair suala cavab verən cənab Müller birmənalı cavabdan çəkinib: “Deyə bilərəm ki, Polşa və ABŞ demokratik seçkilərlə bağlı ümumi dəyərləri bölüşür və ABŞ-ın rəsmi mövqeyini Ağ Ev və Dövlət Departamenti nümayəndəsinin öhdəsinə qoyuruq”.

Tərcümə: Strateq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pompeo və Lavrov Suriyada durumu müzakirə edib

    Pompeo və Lavrov Suriyada durumu müzakirə edib ...

    31-05-2018, 12:18

  • 
  • Mayk Pompeo Yaxın Şərqdə səfərdədir

    Mayk Pompeo Yaxın Şərqdə səfərdədir ...

    28-04-2018, 19:53

  • 
  • Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb

    Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb ...

    13-04-2018, 11:16

  • 
  • ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

    ABŞ bu dəfə Avropa İttifaqını hədələdi ...

    13-12-2018, 11:29

  • 
  • “İran xalqı korrupsiya və ədalətsizlikdən yorulub” – ABŞ DÖVLƏT KATİBİ

    “İran xalqı korrupsiya və ədalətsizlikdən ...

    28-06-2018, 15:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu