GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zəhər Navalnını siyasətdən apara bilər - Putini nə gözləyir?

Zəhər Navalnını siyasətdən apara bilər - Putini nə gözləyir?

Tarix: 25-08-2020, 14:41 Bölmə :Dünya Baxış: 537
Zəhər Navalnını siyasətdən apara bilər - Putini nə gözləyir?


Müxalif liderin sağalacağı, amma siyasətdən kənar qalacağı açıqlandı, onu FTB izləyibmiş; Verzilov, Kara-Murza və Politkovskaya da belə zəhərlənib; ekspert: “Xabarovsk etirazları Moskvaya sıçraya bilər”

Rusiyalı müxalifətçi Aleksey Navalnı tezliklə sağalacaq. GundemXeber.Az xəbər verir ki, bu sözləri Almaniyanın “Cinema for Peace” adlı humanitar təşkilatının rəhbəri Yaka Bizil “Bild”ə açıqlamasında deyib.

“Navalnı tezliklə sağalacaq, amma bir neçə ay siyasətlə məşğul ola bilməyəcək. Bu zəhərlənmə bloggerin sağlamlığında çox ağır nəticələr qoya bilər. Blogger hətta öz işini davam etdirməyə də bilər”, - Bizil bildirib.

Bu üzücü xəbər rusiyalı müxaliflərdə məyusluq doğurub. Bizil istisna etmir ki, Navalnı siyasətə qayıtmaya bilər.

Beləliklə, onu zəhərləyənlər arzusuna çatmış sayılır. Tərəfdarları hesab edir ki, zəhərləyiblər. Hətta Navalnı ondan əvvəl ciddi nəzarət altında olub.

“Moskovskiy komsomolets” qəzetinin məlumatına əsasən, Sibirə səfərdən sonra təyyarədə özünü piss edən Navalnı Federal Təhlükəsizlik Xidmətinin (FTB) zabitləri, onun hərəkət marşrutu isə kameralar tərəfindən izlənilib.

Navalnı Omsk şəhərindən evakuasiya olunmazdan əvvəl süni komaya salınıb. Onun Berlində müalicə olunduğu “Şarite” klinikasından hələlik məlumat verilməyib.

“Moskovskiy komsomolets” qəzeti xusisi xidmət orqanlarındakı mənbələrə istinadən Navalnının marşrutu, komandasının otellərdə tutduğu nömrələrin sayı və Navalnının onun üçün rezerv edilmiş otaqda gecələmək istəmədiyinə qədər təfərrüatlar haqda detallı məlumat verib.

Qəzetin bildirdiyinə görə, kirayə edilmiş mənzillərdən birinin ünvanı polis nəzarəti nəticəsində Navalnı tərəfdarlarından birinin suşi sifariş etdiyi zaman aşkar edilib.

Rusiya siyasətində güclü müxalif liderlər tez-tez yetişmir. Son illərdə Nemtsovun yoxluğunda Navalnı populyar fiqur idi.

Rusiyalı fəal və “Mediazona”nın qurucusu Pyotr Verzilov bütün bunların 2 il əvvəl özünün zəhərləndiyi halı xatırlatdığını deyib.

O da Almaniyada müalicə olunub. Alman həkimlər Verzilovu zəhərləmək üçün hiostindən istifadə olunduğunu güman ediblər.

Digər bir müxalif siyasətçi Vladimir Kara-Murza da özünə aid 2 digər cəhdi xatırladıb. İlk dəfə 2015-ci ilin mayında, müxalif siyasətçi Boris Nemtsov Kremlin divarlarından bir neçə yüz metr aralıda öldürüldükdən bir qədər sonra.

Ölümündən əvvəl o və Kara-Murza “Maqnitski Qanunu”, insan haqlarının pozulmasına görə Putinin adamlarına sanksiya tətbiq edilməsini hədəfləyən qanun layihəsini dəstəkləyiblər.

Kara-Murza sağ qalıb, ancaq həkimlər onun qanında toksin tapmayıb və anti-depresan maddələri həddindən artıq qəbul etdiyini iddia ediblər. Qanından, saçından və dırnaqlarından nümunələr Fransaya göndərilib, burada mütəxəssislər yüksək metal konsentrasiyasını tapıblar.

İkinci cəhd 2017-ci ildə reallaşıb. Kara-Murzanın sağlamlığı qəfil pisləşib və yenə də qanında toksin tapılmayıb. Bütün bu hallar məşhur jurnalist Anna Politkovskayanın zəhərlənməsinə oxşayır.

İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a Navalnıya görə Putini nələrin gözlədiyini açıqladı.

Onun fikrincə, müxalifət liderinin tərəfdarları Moskvada etiraz aksiyalarına başlaya bilər, amma bu, Putin hakimiyyətinin sonunu gətirməyəcək.

“Xabarovskdakı etirazlar Putin üçün yeni bir imtahandır. O, bu dəfə gözləmədiyi reaksiya ilə qarşılaşıb. Rusiyanın Uzaq Şərqində qubernator Sergey Furqalın həbsiylə bağlı yaranmış həmin gərginlik Navalnı hadisəsindən sonra alovlana, böyük şəhərləri və Moskvanı əhatə edə bilər.

Xüsusən yeni nəsil hazırkı hakimiyyətdən çox narazıdır. Amma lokal aksiyalardan o tərəfə keçəcəyəni güman etmirəm", - deyə analitik vurğuladı.

Ekspertin sözlərinə görə, Navalnı Nemtsovdan fərqli olaraq Qərbin kadrı deyil: “İşləri korlayan reallıq onun rus millətçisi olmasıdır. Yəni Navalnı nə demokrat, nə liberal ideyaların təbliğatçısı deyil.

Bu baxımdan Avropada Navalnı personasına perspektiv kimi baxmırlar. Sadəcə, Putinin opponenti olan və məmurların korrupsiya əməllərini ifşa edən bir siyasətçi zəhərləndiyi üçün Almaniya ona qucaq açıb.

Nemtsov isə liberal idi, hətta ona metroseksual siyasətçi, qızların sevimlisi kimi baxırdılar. Navalnı isə sağçıdır, Putini sərt tənqid etsə də, amerikanpərəst siyasətçi saymaq olmaz.

Bu mənada onun zəhərlənməsi faktından ölkədə böyük səs-küy qoparacağı, xalq kütlələrinin etirazlara qalxması ilə nəticələnəcəyi gözlənilən deyil. Üstəlik, ölməyib və Putin hökuməti də onun sağalmasını arzulayır".

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Navalnı xəstəxanaya yerləşdirildi

    Navalnı xəstəxanaya yerləşdirildi ...

    30-07-2019, 11:35

  • 
  • Rusiyanın müxalifət lideri Aleksey Navalnı Vladimir Putini məhkəməyə verib

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ...

    11-02-2016, 21:33

  • 
  • Aleksey Navalnı saxlanılıb

    Aleksey Navalnı saxlanılıb ...

    25-08-2018, 22:28

  • 
  • Navalnı həbsxanada zəhərlənməsindən şübhələnir

    Navalnı həbsxanada zəhərlənməsindən şübhələnir ...

    31-07-2019, 13:23

  • 
  • Navalnı 30 gün həbs cəzası alıb

    Navalnı 30 gün həbs cəzası alıb ...

    15-05-2018, 22:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu