Ötən il 238 gün aclıq aksiyası keçirmiş türkiyəli vəkil Ebru Timtik cümə axşamı İstanbul xəstəxanasında vəfat edib. O, keçən il terror təşkilatına üzv olmaq ittihamı ilə məhkum edildikdən sonra aclıq aksiyasına başlamışdı.
İnsan Hüquqları Bürosu Twitterdə Ebru Timtikin ədalətli mühakimə edilməsini tələb etmək üçün aclıq keçirdiyini xəbər verir.
Vəkillərin beynəlxalq hüquq müdafiə qrupları 13 il iş almış Timtik və həmkarı Aytac Ünsalın aprel ayından bəri "Türkiyədə ədalətli məhkəmə və ədalət mühakiməsi gücləndirmək" tələbi ilə aclığa başladıqlarını bildirib.
İngiltərə və Uelsin Vəkillərin İnsan Hüquqları Komitəsi, Beynəlxalq Hüquqşünaslar Birliyi və digər təşkilatlarının avqustun 11-də yaydığı bəyanatda bildirilmişdi ki, hər iki vəkil "aclıq aksiyası ölümlərinə səbəb olsa belə davam edəcəklər".
Bəyanatda həmçinin deyilir ki, həbs qərarında 2019-cu ilin mart ayında apellyasiya şikayəti verilib. Lakin şikayət oktyabr ayında Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib. Bundan sonra iş Türkiyənin Ali Məhkəməsinə çıxsa da, hələ ki, nəzərdən keçirilməyib.
Sorğu
Yeni dizaynımız necədir?