Ermənistan Prezidenti Armen Sərkisyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın 20 il öncə verdiyi proqnozun doğruluğunu etiraf etməli olub.
Sərkisyan bu etirafını RT kanalına müsahibəsində deyib. Belə ki, ölkəsinin Bakı-Tiflis-Ceyhan kəmərinə qarşı təhdidi ilə bağlı sualı cavablandıran Sərkisyan İrəvanın buranı vura bilməyəcəyini dilə gətirib:
“Əgər ermənilər istəsəydilər, bunu 20 il əvvəl edərdilər. Bir neçə artilleriya zərbəsi və o, mövcud olmazdı. Ermənilər buna gedə bilməz”.
Onun sözlərinə görə, Bakı boru kəməri tikib, neft-qaz satıb, milyardlarla dollar qazanıb, bu pulla silah alıb, Qarağda vəziyyəti dəyişməyə başladı.
Qeyd edək ki, məhz Ter-Petrosyan 1997-ci ildə Ermənistanın Qarabağ məsələsində kompromisə getməsi gərəkdiyini, əks təqdirdə 20 il sonra bu şərtləri yalvarsa da, Bakının ona verməyəcəyini bildirmişdi./axar.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?