“Azərbaycan bazarı bizim üçün, bizim bazarımız isə Azərbaycan üçün açılacaqdır”.
Ermənistanın yeni təyin olunmuş İqtisadiyyat naziri Vaqan Kerobyan gələcəkdə perspektivdə Azərbaycan, Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına müsbət təsirlərindən danışıb.
Bu barədə “Birinci kanal”a açıqlamasında erməni nazir deyib ki, sərhədlərin açılması Ermənistan iqtisadiyyaıtnın dirçəlməsinə, o cümlədən ixracına yeni imkanlar aça bilər:
“Biz öz məhsullarımızı indikindən daha rahat yolla Rusiya bazarına və digər bazarlara çıxara bilərik. Türk limanlarının açılması yeni imkanlar yarada bilər. Ola bilsin ki, Azərbaycan bazarı bizim üçün və bizim bazar da Azərbaycan üçün açıla bilər. Bundan istifadə edəcək insanlara ehtiyac olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?