GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Türkiyə Ermənistanla sərhədləri açır” – gündəmə bomba kimi düşən iddia

“Türkiyə Ermənistanla sərhədləri açır” – gündəmə bomba kimi düşən iddia

Tarix: 22-08-2017, 10:40 Bölmə :Siyasət Baxış: 455
“Türkiyə Ermənistanla sərhədləri açır” – gündəmə bomba kimi düşən iddia


Nazirin bəyanatı aranı qarışdırdı – mühüm gəlişmə; Ankara Kremlin layihəsi olan Avrasiya Birliyinə qoşula bilər – türk nazirdən Ərdoğanın Bakı səfəri öncəsi sensasion açıqlama; sərhədlər məsələsi gündəmə qayıdarsa, Azərbaycan üçün həm Avrasiya Birliyi, həm də Qarabağ məsələsində yeni situasiya yaranacaq, çünki...

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sensasion sayıla biləcək açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa Birliyi ilə analoji sazişə mane olmasın” - Zeybekçi əlavə edib.

İlk baxışda bu bəyanat son vaxtlar istiləşməkdə davam edən Türkiyə-Rusiya münasibətləri, o sırada getdikcə genişlənən iqtisadi-ticari əlaqələrin ruhu və məzmununa uyğundur. Ancaq AİB-də işğalçı Ermənistanın da təmsil olunduğunu, həmçinin Kremlin çoxdandır Azərbaycanı da bu qurumda görmək istədiyini nəzərə alsaq, məsələ sırf iqtisadi aspektdən çıxmış olur və siyasi çalar alır.

*****

Təsadüfi deyil ki, nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub - özü də öncə rəsmi səviyyədə. Bu da təəccüblü deyil. Ona görə ki, Ermənistan Avrasiya Birliyinin üzvü olmaqla yanaşı, qardaş ölkə ilə həmsərhəd yeganə üzv ölkədir. Üstəlik, türk-erməni sərhədi həll olunmamış Dağlıq Qarabağ məsələsinə görə illərdir bağlı, Ermənistan isə təcriddə saxlanılır.

“AİB-ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var” - bunu türk nazirin bəyanatını şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib. Ö növbəsində xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib: “Birincisi, AİB-in gömrük məkanına qoşulmaq Birliyin müqaviləsində nəzərdə tutulmayıb. Bundan əlavə, məhz Türkiyənin bu barədə danışması gülməli görünür, çünki Ankara birtərəfli qaydada Ermənistanla sərhədi bağlayıb - hansı ki, AİB-in Türkiyə ilə yeganə xarici sərhədidir”.

İşğalçı ölkənin ekspert dairələrində də məsələ müzakirə predmetinə çevrilib. Bu xüsusda hətta eyforik gözləntilər dilə gətirilməkdədir. Məsələn, musavat.com-un verdiyi məlumata görə, qərbyönlü lragir.am saytı özünün bununla bağlı məqaləsində yazıb: “Türkiyəli nazir iddia edir ki, onlar təklif alıblar. Ancaq nə dərəcədə bu ciddidir, söyləmək çətindir. İstisna deyil ki, bu mövzu rus-türk münasibətlərində oynanılan kartlardan biridir - hansı ilə ki, tərəflər bir-birini ”yoldan çıxarmağa" və bazarlığa girməyə çalışırlar. İstənilən halda, əgər Türkiyə həqiqətən də AİB-lə anlaşma imzalamaq, onun gömrük məkanına qoşulmaq niyyətindədirsə, bundan ötrü Ermənistanın razılığı lazım olacaq. O zaman İrəvan da öz şərtlərini irəli sürə bilər. Məsələn, Türkiyə ilə sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilərik".

Bununla belə, sayt Azərbaycan faktoruna görə sərhədin açılmasının elə də asan olmayacağını da etiraf edir: “Anlaşma dərhal Türkiyə-Ermənistan sərhədinin açılması demək olmayacaq. Çünki o halda Ankara Bakı ilə münasibətlərdə problemlə üzləşə bilər, çünki məhz Azərbaycana görə sərhədlər bağlı saxlanılır. Aydındır ki, Türkiyə də öz şərtlərini irəli sürəcək, Rusiya ilə bəzi problemləri, o sırada erməni və Qarabağ problemlərini yoluna qoymağa çalışacaq. Bəs AİB-in başqa üzvləri hansı mövqe tutacaq? Təbii ki, onlar Türkiyənin qoşulmasını dəstəkləyəcək. Rusiya da Ankaraya qarşı tələblər irəli sürəcək. Ancaq maraqlıdır, görəsən, bu tələblər ”erməni müqaviməti" çərçivəsində olacaq, yoxsa daha geniş aspektdə? Beləcə, Ermənistana oyun üçün yeni şans yaranır - özündə böyük və əhəmiyyətli siyasi potensial daşımaqla bərabər, eyni dərəcədə riskli bir şans".

*****

Yada salaq ki, Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılması məsələsi zaman-zaman gündəmə gəlib. Ələlxüsus Qərbin marağında olan bu məsələ hətta 2009-cu ildə “Sürix protokolları”nın imzalanması ilə az qala, reallaşmaq üzrə idi. Lakin Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi son anda bunu əngəllədi. Rəsmi Ankara bəyan elədi ki, Dağlıq Qarabağ məsələsində irəliləyiş olmayınca sərhədlər qapalı qalacaq. Türkiyənin mövqeyi bütövlükdə belədir ki, Azərbaycanın qəbul etmədiyi Qarabağ anlaşmasını Türkiyə də qəbul etməyəcək və əksinə.

Əslində işğalçı ölkənin qismən iqtisadi blokadadan çıxması və Ankara ilə əlaqələr hesabına Türkiyəyə bağlanmağa başlaması Moskvanın regionla bağlı strateji hədəflərinə cavab vermir. Lakin əgər sərhədlər Rusiyanın nəzarətində, AİB çərçivəsində açılırsa, yəni Qərb amili elə də önəm daşımırsa, o zaman Kreml çox təlaşlanmaya bilər.

Üstəlik, Türkiyənin ardınca Azərbaycanın da təşkilata üzvlüyü gündəmə gələcəksə, sərhədlərin açılmasının Moskva üçün böyük itkiləri olmaya bilər. Paralel surətdə Qarabağ məsələsində üçlü (Moskva-Ankara-Bakı) və hətta dördlü (Moskva-Ankara-Bakı-İrəvan) formatı aktuallaşa bilər. Bütün hallarda qardaş ölkənin AİB-ə qoşulması ilə regionda yeni bir situasiyanın yaranacağı dəqiqdir. Çünki vurğulandığı kimi, bu, yalnızca iqtisadi və ya gömrük məsələsi deyil.

*****

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu qəbildən informasiyaların və iddiaların artdığı dönəmdə, həftəsonu Bakıya səfərə gələcək. Bu səfər bəzi “i”lərin üzərinə nöqtə qoya bilər.


“Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşmasını imzalaması Azərbaycanı seçim qarşısında qoya bilər”.

Bu sözləri N.Zeybəkçinin məlum bəyanatının erməni mətbuatında sevinclə qarşılanmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq Qərb ölkələri ilə münasibətləri korlayan Türkiyənin üzünü Rusiyaya tərəf çevirdiyini bildirib: “Avrasiya İttifaqı Rusiyanın başçılığı altında iqtisadi birlikdən daha çox, SSRİ prototipində bir iqtisadi-siyasi təşkilatdır. Əslində Türkiyə Gömrük İttifaqına qoşulmaq niyyətindədir. Ankara bu ölkələrin bazarlarına giriş axtarır və gömrük rüsumlarından azad olmaq istəyir. Bəlkə də bu, Türkiyəyə müəyyən iqtisadi üstünlüklər qazandıra bilər, ancaq həmin addımlarla bağlı proqnozlar verərkən ürəkaçan nəticələrə gəlmək mümkün deyil. Çünki Azərbaycan bir qayda olaraq xarici siyasətdə Türkiyəyə meyilli mövqe nümayiş etdirir. İndiki məqamda Avrasiya Birliyi ilə yaxınlaşmaq üçünsə əsasımız yoxdur” - politoloq deyib.

Sözügedən saziş imzalanacağı təqdirdə Ermənistanın bundan sərhədlərin açılması üçün Türkiyəyə qarşı istifadə edə biləcəyi məsələsinə gəlincə, politoloq qeyd edib ki, razılaşmanın imzalanması öz növbəsində Ermənistanla əlaqələrin intensivləşdirilməsini tələb edir: “Ermənilərin şadyanalığı da məhz bununla əlaqədardır. Rusiya və digər ölkələr bundan istifadə edərək sərhədlərin açılması üçün Türkiyəyə təzyiq göstərə bilərlər. Günlərin birində sərhədlərin açılması məsələsi avtomatik olaraq gündəmə gələcək. Xarici siyasətimizi Türkiyə ilə uzlaşdırmağa çalışdığımız üçün bu nümunə Bakıda anlaşılmaya bilər. Türkiyənin Gömrük İttifaqı ilə yaxınlaşması və ya gələcəkdə Avrasiya Birliyinə üzvlük məsələsinin gündəmə gəlməsi geosiyasi planda çox ciddi dəyişiklik vəd edir”

Rusiyanın Azərbaycanı Avrasiya Birliyinə üzv etmək üçün çoxdan çalışdığını deyən politoloq güman edir ki, prezident R.T. Ərdoğanın Bakıya səfəri çərçivəsində bütün bu məsələlər müzakirə ediləcək. “Azərbaycan isə öz maraqlarına uyğun olmayan istənilən addımın qarşısını almağa hazırdır”, - deyə Q. Hüseynli əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib

    Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat ...

    21-12-2016, 14:21

  • 
  • Rusiya dağılacaq, Qarabağ həll olunacaq – ŞOK AÇIQLAMA

    Rusiya dağılacaq, Qarabağ həll olunacaq – ŞOK ...

    4-08-2015, 11:25

  • 
  • "Ərdoğanın bəyanatı Ermənistanla əlaqələrin normallaşması üçün atılan addımdır!"

    "Ərdoğanın bəyanatı Ermənistanla əlaqələrin ...

    30-04-2014, 10:18

  • 
  • Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"

    Ərdoğanın qarşısında "ikiqat" olan XİN ...

    12-10-2016, 21:33

  • 
  • Avropa Birliyi Türkiyəyə maliyyə yardımını dayandırır

    Avropa Birliyi Türkiyəyə maliyyə yardımını ...

    13-03-2017, 00:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu