GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Müharibənin laxlatdığı kreslo, daxili qarşıdurma və aclıq - Paşinyanın zəif bəndi

Müharibənin laxlatdığı kreslo, daxili qarşıdurma və aclıq - Paşinyanın zəif bəndi

Tarix: 21-01-2021, 13:19 Bölmə :Dünya Baxış: 240
Müharibənin laxlatdığı kreslo, daxili qarşıdurma və aclıq - Paşinyanın zəif bəndi


Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanı istefaya göndərmək səyləri nəticə vermədi.

Ötən il noyabrın 10-da Paşinyanın kapitulyasiya sənədinin imzalanmasından başlanan etiraz dalğası demək olar ki, aradan qalxmaq üzrədir. Bu isə Paşinyana son aylar zəifləyən hakimiyyətini yenidən möhkəmlətmək imkanı yaradır. Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Baş nazirin postunda qalması bir sıra daxili və geosiyasi amillərlə bağlıdır. İlk növbədə, Ermənistan müxalifəti siyasi balansı öz xeyrinə dəyişə bilmədi. Həm müxalifətin yeni siyasi platforma təqdim edə bilməməsi, həm nüfuz baxımından bütün erməniləri öz ətrafında birləşdirəcək lider təqdim etməməsi alternativ güc mərkəzi yaratmağa mane oldu.

Keçirilən rəy sorğuları Paşinyanın siyasi reytinqinin müxalifət liderləri ilə müqayisədə daha yüksək olduğunu, eyni zamanda Ermənistan əhalisinin müvəqqəti hökumətin əleyhinə olduğunu göstərirdi.

Bu da dolayısı ilə Ermənistanda Vazgen Manukyanın hakimiyyətə gəlişini əngəlləyən əsas amillərdən birinə çevrildi. Nikol Paşinyanın hakimiyyətdə qalmasını təmin edən digər daxili faktor baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" blokunun parlamentdə səs çoxluğuna malik olmasıdır. Prosesin Rusiya tərəfindən müxalifətin lehinə dəyişdiriləcəyinə dair proqnozlar da özünü doğrultmadı. Hadisələrin gedişi Rusiyanın Ermənistanda baş verənlərə münasibətdə daha çox müşahidəçi mövqeyi tutduğunu göstərdi. Hökumətin proseslərdən inzibati resurslar hesabına güclü çıxması artıq Kremli mövcud situasiya ilə barışmağa vadar edib. Eyni zamanda, Paşinyanın hazırkı mərhələdə hakimiyyətdə qalması Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişin pozulmasını istəməyən Kremlin maraqlarına cavab verirdi. Erməni politoloq Yervand Bozoyanın sözlərinə görə, Rusiya hakimiyyət orqanlarının məqsədi yeni bir müharibə ehtimalını təsirsiz hala gətirmək üçün mümkün olan hər şeyi etməkdir. Ona görə də Rusiyanın Ermənistan müxalifətinə dəstəyi axıra davam etmədi.

Digər tərəfdən, müxalifət düşərgəsində Rusiyanın əsas dayağı olan Qarabağ klanının da siyasi və sosial bazası dağılıb. Klan daxilində son iki ildə müşahidə olunan parçalanma müharibədəki məğlubiyyətdən sonra daha da dərinləşib. Hərbi əməliyyatlara yardım etmək üçün Qarabağa gedən eks-prezident Robert Köçəryanı qondarma rejimin başçısı Araik Arutunyanın qovması sözügedən ziddiyyətlərin pik həddə çatdığını təsdiq edir. Bütün bunlar Paşinyanın xeyrinə işləyən amillər kimi çıxış edir. Nəhayət, Paşinyanı təslimçi sazişə imza atdığına görə xəyanətdə ittiham edən Ermənistan cəmiyyətində də son günlər müharibə əleyhinə əhval-ruhiyyənin artdığını görmək olar. Minlərlə hərbçinin cəsədlərinin Ermənistana aparılması xalq arasında müharibədən imtina barədə çağırışların meydana çıxmasına səbəb olub.

Artıq ermənilərin öz övladlarını hərbi xidmətdən gizlətməsi, əsgər ailələrinin etirazlar keçirməsi baş verir ki, bu da Paşinyanın siyasi dayaqlarını gücləndirir. Buna baxmayaraq, Ermənistan mətbuatı Paşinyanın növbdənkənar parlament seçkilərinə hazırlaşdığını və həmin məqsədlə gizli müzakirilərə başladığını yazır. Ancaq Paşinyanın qeyd edilən təşəbbüsü müxalifətin istefa tələbini yerinə yetirməyə deyil, yenidən siyasi revanş götürməyə hesablanıb. Paşinyan hələlik hakimiyyətini qoruyub saxlaya bilsə də, seçkidə onun mövqelərini sarsıdacaq zəif bəndləri az deyil.

Müxalifət nümayəndələri hesab edir ki, Paşinyanın əsas zəif cəhətləri onun bir siyasətçi kimi Azərbaycanın qarşısında çıxılmaz duruma düşməsi, bütün şərtləri qəbul etməsidir. Sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Ermənistanın güzəştə getməsi Paşinyana qarşı yönələn əsas ittihamlardan biridir. Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin görüşündən sonra Paşinyan hərbi əsirləri qaytara bilməməsi onun əsas zəif cəhətlərindən biri hesab edilir. Əslində, hərbi əsirlər dedikdə, Ermənistan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağdakı meşələrdə gizlənərək Azərbaycan ordusunun mövqelərinə hücum etmiş terrorçuları nəzərdə tutur. Lakin onlar terrorçu kimi cinayət törətdiyinə görə Azərbaycan tərəfindən həbs edilib və əsir hesab olunmurlar.

Erməni iqtisadçıları isə hesab edir ki, Paşinyan hökumətinin əsas zəif cəhəti ölkədə iqtisadi göstəricilərin böhran həddinə çatmasıdır.

“Ölkədəki iqtisadi böhran kifayət qədər dərindir, buna həm koronavirus, həm də müharibədən sonrakı vəziyyət səbəb olur”.

“Parlaq Ermənistan” fraksiyasının üzvü Arkadi Xaçatryan jurnalistlərə açıqlamasında belə deyib: "Dövlətin sosial yükü artıb. Bu səbəbdən 2021-ci il büdcəsinə yenidən baxılması, yeni layihənin tətbiqi barədə israr edirik. Ona görə də 2021-ci il büdcə layihəsinin əleyhinə səs verdik. Problemlər çoxdur və həll yolu həm ölkənin, həm də Ermənistan Respublikasının iqtisadi və sosial strategiyasını nəzərdə tutan ölkənin təhlükəsizliyi üçün yeni bir strategiyanın hazırlanmasında olmalıdır".

Bunu Ermənistanın rəsmi statistikası da sübut edir. Ermənistanın xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-noyabr aylarında 3,1 trln. dram və ya 6.4 milyard dollar təşkil edib ki, bu da illik göstərici üzrə 12.4 faiz azalma deməkdir. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan isə "Facebook" səhifəsində yazıb ki, Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər saxtadır. Ölkədə real vəziyyət daha ağırdır. Ümumi daxili məhsulda azalma təxminən 7,2 faizdir (bu anda yalnız iqtisadi fəaliyyət indeksi təqdim olunur), tikintidə azalma 11,2 faiz, ticarətdə 13,5 faiz, xidmət sektorunda 13,6 faiz, ixracatda 5.2 faiz (mövcud qiymətlərlə) və idxalda 16 faiz azalıb. Orta aylıq nominal əmək haqqı 4.2 faiz artsa da, “Mənim addımım” tərəfindən verilən mükafatı əmək haqqından çıxdığımızda və bu mükafatların əmək haqqındakı payını nəzərə alsaq, ortalama aylıq nominal əmək haqqının artmadığını görürük. Bir sözlə, rəsmi rəqəmlərə görə bu pisdir",-Baqratyan belə qeyd edib.

Görünən odur ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistana rəhbərliyə davam etmək istəyən Paşinyanın qarşısında həllini gözləyən çox sayda problmlər var.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Paşinyanı “aradan götürmək” istəyirlər

    Ermənilər Paşinyanı “aradan götürmək” istəyirlər ...

    9-01-2021, 17:04

  • 
  • Ermənistan parlamentindəki müxalifət Paşinyanın istefasını tələb edir

    Ermənistan parlamentindəki müxalifət Paşinyanın ...

    17-11-2020, 12:48

  • 
  • Amerika ermənilərindən Paşinyana ETİRAZ

    Amerika ermənilərindən Paşinyana ETİRAZ ...

    23-11-2020, 12:44

  • 
  • Ermənistan parlamenti Paşinyanın namizədliyinin əleyhinə səs verib

    Ermənistan parlamenti Paşinyanın namizədliyinin ...

    2-05-2018, 14:47

  • 
  • Yerevanda Nikol Paşinyanın iqamətgahına yürüş başlayıb -YENİLƏNİB

    Yerevanda Nikol Paşinyanın iqamətgahına yürüş ...

    5-12-2020, 19:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu