“İran səhv yoldadır və təhlükəli bir istiqamətdə hərəkət edir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Edurd Prays deyib.
O, rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıqdan imtina etməsinin təhlükəli qərar olduğunu bildirib:
“İran 2015-ci ildə Qərblə imzaladığı nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırmaqla səhv və təhlükəli bir istiqamətdə hərəkət edir. Biz inanırıq ki, İranla yeni bir razılaşmanın əldə olunması müzakirə yolu ilə mümkündür”.
Praysın sözlərinə görə, İran son vaxtlar üzərinə götürdüyü öhdəliklərindən kənar nüvə fəaliyyətləri ilə məşğuldur:
“İran, eyni zamanda, son vaxtlar öhdəliklərinin icrasını minimuma endirərək, AEBA ilə əməkdalığını azaldıb. Bu isə bizi narahat edir. Hesab edirik ki, İran səhv və təhlükəli istiqamətdə addımlayır”./teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?