GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya »  “Rusiya Qarabağda de-fakto "dövlət" qurmaq niyyətindədir” – Gizlinlərə aydın baxış

 “Rusiya Qarabağda de-fakto "dövlət" qurmaq niyyətindədir” – Gizlinlərə aydın baxış

Tarix: 27-03-2021, 17:36 Bölmə :Dünya Baxış: 526
 “Rusiya Qarabağda de-fakto "dövlət" qurmaq niyyətindədir” – Gizlinlərə aydın baxış


Ermənistan baş naziri Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar diqqət çəkir. Əvvəlcə Rusiyanı “vuran” baş nazir, ardınca Azərbaycanla kommunikasiya xətlərinin açılmasından danışdı. Görünür, o da regionda sabitliyin təmin olunmasında maraqlıdır. Deməli, iyun ayında keçiriləcək erkən parlament seçkilərində qalib gəlsə, Cənubi Qafqazda ciddi dəyişikliklər ola bilər. Amma o vaxtadək müxalifət “yerində sayacaq”? Lap, tutaq ki, baş nazir revanşistlərə qalib gəldi. Bəs rəsmi Moskva Paşinyanı bağışlayacaqmı? Hər halda ABŞ-ın yeni prezidentinin əlindən “canı boğaza yığılan” Putinin qəzəbini Paşinyanın üstünə tökməsi tam realdır.

“Sherg.az” olaraq türkiyəli siyasi analitik, “Qafqaz” strateji araşdırmalar mərkəzinin rəhbəri Hasan Oktayla bu və digər məqamlar barədə müzakirə apardıq.

- Müharibədəki qələbəmizi necə qiymətləndirirsiniz?

- Zəfər nəticəsində Azərbaycanla Ermənistan arasında sovet dövründən qalmış problemin mühüm bir hissəsi həllini tapdı. Qarabağ problemi Rusiyanın hələ çarlıq dövründə əsasını qoyduğu strategiya idi. Ruslar həm çar, həm sovet, həm də federasiya dövründə Cənubi Qafqazı ələ keçirmək və buradan türk dünyasına nəzarət etmək istəyiblər. XVIII əsrin ən böyük mübarizəsi İran, Osmanlı və ruslar arasında Cənubi Qafqaz uğrunda idi. Regionu ələ keçirəcək bu üç mühüm gücdən biri dünya siyasətində ən önəmli söz sahibinə çevrilə bilərdi. Həmin mübarizədə Rusiya qalib gəldi və təsir ərazisi qazandı. Ümumiyyətlə, ruslar həmişə- bütün tarix boyu Cənubi Qafqazın əhəmiyyətini ən yaxşı dərk edən millət olublar. Regionu ələ keçirən ruslar, beləliklə, Türkiyə ilə digər türk dövlətlərinin əlaqəsini kəsmiş oldular. Ardınca onlar Türküstanı da işğal etmək “layihəsinə” başladılar. 1989-cu ildə Sovetlər Birliyinin dağılması ehtimalı yarananda “Cənubi Qafqazı itirsək, xəritədən silinərik” təlaşı ilə Qarabağ problemini ortaya atdılar. Məhz bu baxımdan 44 günlük müharibədəki qələbə nəticəsində ərazilərimizin əksər hissəsinin işğaldan azad edilməsi çox mühümdür. Amma hələ də Rusiyanın Cənubi Qafqazda mövcudluğu davam edir. Qarabağda işğal bitmədikcə regiondakı mübarizənin başa çatacağını demək mümkün deyil.

- Ermənistan xoas içindədir. Bundan sonra nələr dəyişəcək?

- Ermənistan iki il əvvəl Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə taleyini dəyişdirəcək bir yola başlamışdı. Bir tərəfdən türklərə qarşı rusların qoyduğu missiyanı yerinə yetirmək, digər tərəfdən isə Qərbə doğru getmək qeyri-mümkün idi. Bunun üçün ermənilər Qarabağdakı vəziyyətdən istifadə etmək üçün hərəkətə keçdilər. 44 günlük savaş ermənilərlə Rusiya arasındakı emosional bağları qoparmaq üçün müstəsna əhəmiyyətli idi. Hər şeydən əvvəl Qarabağ məsələsinin kökündə ermənilərdən əvvəl rusların dayandığı məlum oldu. Torpaqlarınızın işğal altında saxlanılması Ermənistan üçün ağır iqtisadi problemlərlə nəticələnirdi. Hakimiyyətə gələn Paşinyan bunlardan xilas olmaqdan ötrü ciddi siyasətə başladı. O, bir tərəfdən “işğalçı” damğasından , digər tərəfdən də Rusiya üçün zəbt etdiyi torpaqların ağır yükündən xilas olduğuna görə uduzduğu üçün ən çox sevinən tərəf oldu. Erməni xalqı da bu mövqedə olduğundan müharibədə uduzmasına rəğmən, baş nazirə sahib çıxdı və onunla bağlı yeni planlar qurmağa başladı. Bəli, məğlubiyyətinə görə Ermənistanın həm daxili, həm də xarici siyasətini uğursuz hesab edə bilərik. Bu, doğrudur. Amma Ermənistanın regionda varlığını qoruması məhz bu müharibədən asılı idi. Paşinyan sözügedən hərbi əməliyyatlarla sanki əvvəlki illərin əvəzini çıxdı. O, erməni xalqına zülm verənin 200 ildir rusların, son 25 ildə isə Ermənistan hakimiyyətinin oğurluqlarının olduğunu həm dünyaya, həm də yerli camaata sübut etdi. Müharibədən sonra növbədənkənar parlament seçkilərinə gedərək hakimiyyətini qorumaq istəyir. İndiyədək daha çox daxili siyasətlə məşğul olan Ermənistan yaxın gələcəkdə diqqətini xarici siyasətə yönəldəcək. 25 ildir Türkiyə və Azərbaycanla düşmənlik edən Ermənistan indi daha məntiqli və real diplomatiyaya keçməyə məcburdur. Bunun üçün tərəflər arasında üçtərəfli görüşlər ola bilər.

- Paşinyanın devriləcəyi təqdirdə nələr olacaq?

- Paşinyanın yerinə Köçəryan gəlsə, regionda bəzi məqamlar dəyişilə bilər. Amma görünən odur ki, baş nazir iqtidarını qoruyacaq. Əks halda, keçmiş düşüncəyə, məntiqə sahib bir adam hakimiyyətə gələcək. Beləliklə, ya müharibə bərpa olunacaq, ya da Ermənistan terror dövlətinə çevrilərək, ard-arda təxribatlar törədəcək. Bütün müharibələr sülh üçündür. Və sülhün açarı diplomatların əlindədir. İndi Cənubi Qafqazda sabitliyin qorunması naminə Azərbaycan və Türkiyə birlikdə çalışmalı, Ermənistanı normal dövlətə çevirməlidir.

- Qarabağdakı rus sülhməramlılarının fəaliyyətinə dair nə deyə bilərsiniz?

- Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Qarabağ probleminin bitdiyi bütün dünyaya çatdırıldı. Amma o vaxtdan bugünədək baş verənlərə nəzər salsaq, problemin yenicə başladığını deyə bilərik. Düzdür, Azərbaycan torpaqlarının böyük bir hissəsini artıq azad edib. Lakin problemin kökündəki Dağlıq Qarabağ hələ də ermənilərdədir. Dediyim kimi, məsələnin həll edildiyinin dünya ictimaiyyətinə çadırılmasına rəğmən, əslində heç də elə deyil. 1993-cü ildə BMT Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar qəbul edəndə sərhədləriniz müəyyənləşdi. Bu, BMT-nin nəzarəti altında olduğu üçün Azərbaycan öz sərhədləri daxilində hansısa status-kvoya icazə verməməlidir. Qarabağda rus sülhməramlılarının fəaliyyətinə nəzər salsaq, Moskvanın burada de-fakto bir "dövlət" yaratmaq niyyətini görə bilərik. Əgər beş il sonra sülhməramlılar həmin ərazilərdən çıxacaqsa, oradakı erməni məktəblərində Azərbaycan dili tədris olunmalı idi. Lakin əvəzində rus dili “dövlət dili” statusu aldı. Həmçinin rusların oradakı ermənilərə öz pasportunu paylaması Kremlin burada uzun müdddətə qalmaq arzusunun göstəricisidir.

- Bəs Zəngəzur?

- Zəngəzurda vəziyyət çox fərqlidir. Çünki buranı Ermənistana sovet hökuməti hədiyyə edib. İndi Ermənistan parlamenti iclas keçirməli və Zəngəzurun vaxtı ilə onlara hədiyyə verilməsindən imtina etməlidir. Ardınca Türkiyə, Azərbaycan və Ermənistan üçtərəfli görüşü ilə Zəngəzur barədə detallı danışmaq olar. Ümumiyyətlə, problem ətrafındakı bəzi yanaşmalar dəyişməlidir. Zəngəzur çox mühüm nöqtədir. Ona görə də Azərbaycan diplomatiyası hadisələri soyuqqanlı şəkildə izləməli və mövcud vəziyyətə uyğun addımlar atmalıdır.

- Paşinyan son açıqlamalarında Azərbaycanla kommunikasiya xətlərinin, o cümlədən Naxçıvan dəhlizinin açılmasından danışdı. Görünür, o, artıq loyal siyasət yeritmək istəyir. Lakin müxalifət “revanş almaqda” israrlıdır, etirazlar səngimir. Belə bir şəraitdə növbəti müharibə ehtimalını necə qiymətləndirirsiniz?

- Bəli, mövcud hakimiyyət Azərbaycanla yeni savaş istəmir. Paşinyanın hakimiyyətə gəldiyi gündən etibarən verdiyi açıqlamalara nəzər salsaq, demək istədiklərimi daha yaxşı başa düşmək olar. Amma görünən odur ki, Rusiya regionda mövcudluğunu qorumaqdan ötrü Paşinyanı devirib, Köçəryan, Sarkisyan və ya Manukyan kimi biri ilə yenidən hərəkətə keçə bilər. Erkən parlament seçkilərində Paşinyanın qalib gəlmək ehtimalı çoxdur. Belə olsa, vəziyyət stabilləşəcək və hər cür dialoq mümkün olacaq. Əks halda isə dediyim kimi, Ermənistan terror dövlətinə çevriləcək.

- Proseslərin gələcək inkişafı haqqında nə deyə bilərsiniz?

- Hərbi əməliyyatların bərpa olunub-olunmayacağı, regiona sülhün gəlib-gəlməyəcəyi tamamilə Paşinyan hökumətinin taleyindən asılıdır. Əgər o, hakimiyyətini qorusa, Azərbaycan operativ surətdə hərəkətə keçərək 10 noyabr bəyanatının digər tələblərinin də yerinə yetirilməsinə başlayacaq. Beləliklə, minalı ərazilər, əsirlərin dəyişilməsi, Dağlıq Qarabağın Azərbaycana verilməsi, Azərbaycan torpaqlarında yaşamaq istəyən ermənilərin sizin qanunlarınızı qəbul etməsi kimi məsələlər də müzakirə masasına çıxarılacaq. Əks halda isə Rusiya regionda mövcudluğunu hələ yüz illərlə saxlayacaq. Paşinyan bilir ki, Rusiyadan xilas olmaq istəyi onun taleyini dəyişəcək. Xüsusilə “İskəndər” raketi ilə bağlı dedikləri Rusiya tarixində nadir hadisədir. Bilirsiniz ki, həmin bəyanatdan sonra Ermənistanda hərbi çevriliş cəhdi oldu. Məlum açıqlamanın ardınca Kremlin dünya silah sənayesindəki nüfuzu aşağı düşdü. ABŞ da regiondakı prosesləri izləyir. Diqqət edin, Amerika prezidenti Co Baydenin Putin haqqında dediyi “qatil” sözü Paşinyanın açıqlaması ilə oxşardır. Bəli, ABŞ ilə Rusiya arasındakı soyuq savaş dövründə daha çətin günlər yaşanacaq. Bu dövrdə Ermənistan xarici siyasətdə alət kimi istifadə edilə bilər. Azərbaycan baş verəcək proseslərə mütləq Türkiyə ilə birgə yanaşmalıdır. Rəsmi Bakı regionda sabitlik istəyirsə, onda ciddi mənada reformalar etməlidir. Otuz il davam edən Qarabağ problemi artıq tarixə qovuşmalı və yeni Azərbaycan dövləti yeni dünyaya hazır olmalıdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Ermənistan “Naxçıvan dəhlizi”nin açılmasında maraqlıdır - Paşinyanın sözçüsü AÇIQLADI

    Ermənistan “Naxçıvan dəhlizi”nin açılmasında ...

    7-01-2021, 19:20

  • 
  • Paşinyanı baş nazir seçmədilər

    Paşinyanı baş nazir seçmədilər ...

    24-10-2018, 20:27

  • 
  • “Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi

    “Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri ...

    3-10-2018, 10:52

  • 
  • Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı - GƏLİŞMƏ

    Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı ...

    3-12-2018, 10:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu