Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi daha da sərtləşdirilib.
“Anadolu” Agentliyi xəbər verir ki, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.
Qərara əsasən, ölkə ərazisində tətbiq olunan komendant saatının vaxtı artırılır və bundan sonra 19:00-dan 05:00-dək olan müddəti əhatə edəcək.
Həmçinin, ölkə sakinlərinin şəhərlərarası hərəkəti də qadağan olunub.
Sözügedən tədbirlər Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?