GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər - GƏLİŞMƏ

Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər - GƏLİŞMƏ

Tarix: 4-05-2021, 10:45 Bölmə :Dünya Baxış: 336
Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər - GƏLİŞMƏ


500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır. “Yeni Müsavat” yada salır ki, Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E” raketləri mövcuddur. Lakin “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması xeyli vaxtdır Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb olub. Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib.

Azərbaycan Prezidenti bir müddət öncəki açıqlamasında bildirib ki, o, məsələni rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edib, Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən foto və videomaterialları Moskvaya göndərib. Rusiya tərəfi Azərbaycana bununla bağlı indiyə qədər heç bir izahat verməyib.

“Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir?”, - deyə Prezident çıxışı zamanı sual etmişdi.

Azərbaycan şimal qonşusu ilə münasibətlərdə balansı saxlamağa çalışır. Amma Rusiyanın Ermənistana daimi hərbi dəstəyi, Ermənistan ordusunun Moskvanın yardımı ilə modernləşdirilməsi bu münasibətləri sual altında qoyur. Analitiklərin sözlərinə görə, Rusiya erməni ordusuna bu silahları müharibədə istifadə üçün veribsə, bu, beynəlxalq normaların pozulması hesab olunduğundan Moskva üçün kifayət qədər böyük başağrısıdır, ona görə etiraf etmir. Bu addım Rusiyanı Qərbin sanksiyaları ilə üz-üzə qoya bilər.

Digər bir səbəb isə “İsgəndər”lərin ermənilərin əlinə qeyri-qanuni yollarla keçməsi ehtimalından qaynaqlanır. Rusiyada olan erməni lobbisinin şəxsi zəmində əlaqələri ən yüksək hərbi eşelona qədər gedib çıxır. Raketlərin hökumətin xəbəri olmadan Ermənistana keçməsinin açıqlanması Rusiya təhlükəsizlik orqanlarına qara ləkə yaxacaq. Bəs bu susqunluq nə qədər davam edəcək?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın sükutu axıra qədər davam edəcək. Onun sözlərinə görə, “İsgəndər M” raketlərinin istifadəsi və satışı qadağandır: “Şuşaya atılan raket Rusiya silahlı qüvvələrinin balansında olan silahdır. Bu raketlərin ermənilərdə olması və yaxud ruslar tərəfindən Şuşaya atılması bəlli deyil. Ancaq Rusiya bu məsələdə məsuliyyətini başa düşür”.

Q.Əlibəyli istisna etmir ki, raketin atılmasında rusların rolu olmayıb: “Rusiya tərəfi bildirir ki, bununla bağlı araşdırma aparırlar, amma nəticə verməyəcək. Çünki Rusiya beynəlxalq xarakterli cinayətin şərikidir”.

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiya və Ermənistan açıq şəkildə etiraf etdilər ki, müharibə zamanı Azərbaycan ərazisinə dağıdıcı və istifadəsi qadağan olunan “İsgəndər” raketləri atılıb: “Vətən müharibəsi bitdikdən sonra dayanmadan neytrallıq faktorunu bəhanə gətirib sülhməramlı missiyanın icrasında, Türkiyəni uzaqlaşdırmağa çalışan Rusiya bir daha əsl hiyləgər niyyətini ortaya qoymuş oldu. Dolayı yolla bəyan etdi ki, mənə nə Azərbaycan, nə Ermənistan, sadəcə, öz maraqlarımı təmin etmək lazımdır. Prezident İlham Əliyevin çıxışı zamanı ifadə etdiyi kimi ”Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar". Rusiya səmimi davranmırsa, deməli, strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsi ilə əvəzlənməlidir. Bu açıqlama yaxın gələcəkdə Rusiya ilə əməkdaşlığın hansı çərçivədə məhdudlaşacağını göstərməklə, həm də “sülhməramlı” qüvvələrin də 5 ili keçmədən Azərbaycan torpaqlarından çıxıb gedəcəklərinə işarə vermiş oldu".

Ekspert qeyd etdi ki, strateji əməkdaşlıq təşkilati və konstruktiv addımlarla gücləndirilir: “Münaqişələrin qarşısının alınması, eyni zamanda postmünaqişə dönəmində strateji tərəfdaşlarla siyasi dialoqu inkişaf etdirmək də bu addımlar kontekstindədir. Prezidentin bəyan etdiyi kimi, əgər Rusiya strateji müttəfiq olmayacaqsa, deməli, postmünaqişə dövrünün layihələrindən də kənarda tutulmuş olacaq”.

Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am” portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?"/“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

    Rus general: “İsgəndər” raketləri Avropaya ...

    17-12-2014, 00:13

  • 
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • Ermənistanın “İsgəndər” raketləri aprel döyüşlərində hazır imiş...

    Ermənistanın “İsgəndər” raketləri aprel ...

    6-10-2016, 21:45

  • 
  • “Kommersant” Kremli fakt qarşısında qoydu: “İsgəndər-M” Ermənistana necə verilib?

    “Kommersant” Kremli fakt qarşısında qoydu: ...

    16-04-2021, 11:44

  • 
  • ​Rusiya ordusundan “İsgəndər”ləri çıxarır

    ​Rusiya ordusundan “İsgəndər”ləri çıxarır ...

    18-11-2017, 12:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu