Fransa prezidenti Emmanuel Makrona şillə vuran orta əsr döyüş sənəti həvəskarına 18 ay həbs cəzası verilib.
28 yaşlı Damien Tarelin cəzasının 14 ayı təxirə salınıb. Yəni sözügedən şəxs ikinci dəfə hər hansısa bir cinayət törədərsə, 14 aylıq həbs cəzası da əlavə tətbiq olunacaq. Hazırda şəxs faktiki olaraq 4 ay məhkumluq həyatı yaşayacaq. Qeyd edək ki, həddindən artıq sağçı fikirlərə sahib olması və "Sarı jiletlilər" hərəkatına yaxınlığı ilə seçilən Tarel məhkəmə zamanı Makronu anlıq təhriklə vurduğunu deyib. Prokurorluq isə bunu "qəsdən edilən bir zorakılıq aktı" kimi qiymətləndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?