GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranla müharibə olsa, Ermənistan yox olacaq - İrəvanın göz yaşları və çətin seçimi...

İranla müharibə olsa, Ermənistan yox olacaq - İrəvanın göz yaşları və çətin seçimi...

Tarix: 17-09-2021, 10:59 Bölmə :Dünya Baxış: 276

Son günlər İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. İsrailin baş naziri Naftali Bennet isə İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda, diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var...”

Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər.

Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. Bu ticarətin 80 faizi Ermənistana quru yolla çatdırılır. Regionda gərginlik yaranacağı təqdirdə bu yüklər ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq. Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Rusiyalı politoloq Aleksey Martınov qeyd edir ki, İran olmasa, Ermənistan “Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq, varlığı şübhə altında olacaq”.

Ermənistanın İranın quyruğundan niyə möhkəm yapışdığının səbəbi əvvəldən də bəlli idi. İndi isə Ermənistan İran ətrafında ilk bomba partladığı vaxt onun da sonu yaxınlaşacaq, ac-yalavac, işıqsız, qazsız qalacaq. İrana görə Qərbə, xüsusilə Ağ Evdəki ağalarına qarşı çıxa bilməyəcəklər.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq"

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran ətrafında vəziyyət yenə də gərginləşir. İsrail kəşfiyyatı yəqin hansısa səhih məlumatlar əldə edib ki, İran nüvə silahı yaratmaq hazırlığındadır: “Belə görünür ki, İsrail kəşfiyyatı İranda güclü mövqelərə malikdir. Belə olmasaydı, son illər İranda tanınmış alimlər ard-arda qətlə yetirilməzdi. İsrail kəşfiyyatı oradan ciddi məlumatlar ala bilir. İndi, hər halda, səhih məlumata malikdirlər ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də İsrail artıq həyəcan təbili çalır. Amma ünvan kimi ABŞ-ı seçiblər. Lakin mən Co Baydenin prezident olduğu dövrdə ABŞ-ın İsrailə çox da böyük kömək edəcəyini düşünmürəm. Birincisi, Bayden Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olub və İranla nüvə anlaşmasını dəstəkləyən siyasətçilərdən biri kimi tanınıb. Baydenin indi də İranla müharibədə maraqlı olduğunu zənn etmirəm. Digər tərəfdən, ABŞ yenicə Əfqanıstandan çıxıb, özü də biabırcasına, nəticəsiz çıxıb. İraqda da ”əlləri yandı". Belə bir vəziyyətdə ABŞ-ın başqa bir müharibəyə qoşulacağını zənn etmirəm. Ona görər də İsrail başının çarəsini özü qılmalıdır. İsrail bilir ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də istisna etmirəm ki, İsrail İrana hansısa zərbələr endirə bilər. Amma bunun nəticəsi yaxşı olmayacaq. Çünki İranın özünün İsrailə gücü çatmasa, “Həmas” və “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu da regionda vəziyyəti xeyli gərginləşdirəcək".



İrana zərbələr endiriləcəyi halda, bunun Ermənistana təsirlərinin necə olacağına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, şübhəsiz, İranın zərbə altında qalması, zəifləməsi Ermənistan iqtisadiyyatını çox ağır vəziyyətlə üz-üzə qoyacaq: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz Ermənistanı ciddi vuracaq. Ermənistan elə bir situasiya ilə üz-üzə qalacaq ki, İranı dəstəkləyə də bilməyəcək. Ermənistan hakimiyyətinin başı həm də Qərbin bıçağının altındadır. Bu amil İrəvanı İranı müdafiə etməkdən çəkindirəcək.

Ancaq onu da bilmək lazımdır ki, İsrail və ya başqa bir güclü dövlət İrana zərbələr endirəndə onun “qəlpələri” Azərbaycana da gəlib müxtəlif formalarda çatacaq.

Ona görə də biz nüvə məsələsinin həllini istəyirik, amma İranla dünya güclərinin müharibəyə başlamasında, İrana zərbələr endirilməsində maraqlı olmamalıyıq. Biz İrandakı bəzi qüvvələrdən fərqli olaraq qonşumuzun dağılmasını istəmirik. Biz istəyirik ki, İran Qarabağ məsələsində ədalətli olsun və Azərbaycanın həssaslığını nəzərə alsın. İranın öz siyasətini korrektə etməsini istəyirik". 

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək”

Fikrət Yusifov: “İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan bu zərbənin altından çıxa bilməyəcək”

İqtisadçı alim Fikrət Yusifov isə bildirdi ki, İran artıq uzun illərdir nüvə ölkəsi olmaq istiqamətində iş görür. Hətta uranın zənginləşdirilməsi üzrə işləri dayandırması barədə öhdəlik götürdüyü dönəmlərdə hazırlıqları gizli edirdi. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra isə məlum müqavilə pozuldu: “Bundan sonra İran özünün atom silahını hazırlamaq istiqamətində işlərini sürətləndirdi. Təbii ki, bunu qətiyyətlə demək çətindir, amma hiss olunan budur ki, İran bu silahın hazırlanması istiqamətində nəticəyə yaxındır. İsrail kəşfiyyatının bundan məlumatsız olmaması mümkün deyil. Böyük ehtimalla, İsrail hakimiyyətinin narahatlıqlarını artıq məlum formada dilə gətirməsi bununla bağlıdır. Ona görə də artıq İsrailin baş naziri və müdafiə naziri İranla diplomatik deyil, başqa mübarizə üsulundan danışırlar. Bunlar sadə siqnallar deyil. Faktiki olaraq güc tətbiq etmək nəzərdə tutulur. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə məsələnin güc tətbiq etmə, zərbə endirmə fazasına keçəcəyi ehtimalı yüksəkdir. İrana zərbə endiriləcəyi halda, İran iqtisadiyyatı da ciddi təsirlənəcək. İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan isə bu zərbənin altından çıxa bilməyəcək. İrana hərbi müdaxilə Ermənistanın iqtisadi baxımdan sarsılmasına gətirib çıxaracaq. Bu ölkənin iqtisadi durumu onsuz da acınacaqlıdır. İran nəfəsliyinin kəsilməsi və ya daralması Ermənistanın dövlət kimi ayaqda qalmasını çətinləşdirəcək.

İrana zərbə bütün qonşu ölkələrə problem yaradacaq. Bölgədə böyük humanitar fəlakət yaşanacaq"../musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İranla nüvə sövdələşməsindən çıxdı

    ABŞ İranla nüvə sövdələşməsindən çıxdı ...

    9-05-2018, 11:38

  • 
  • İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyib

    İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə ...

    19-02-2015, 22:24

  • 
  • Trampın “yeni İran strategiyası” nə vəd edir?

    Trampın “yeni İran strategiyası” nə vəd edir? ...

    10-12-2017, 18:53

  • 
  • İran 1-2 ilə nüvə silahına sahib olacaq – Fransalı nazir

    İran 1-2 ilə nüvə silahına sahib olacaq – ...

    10-01-2020, 21:15

  • 
  • Obama İrana xəbərdarlıq etdi

    Obama İrana xəbərdarlıq etdi ...

    18-01-2016, 11:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu