Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında etiraz aksiyası keçirilib.
Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb. İnsident zamanı 4 nəfər saxlanılıb. Bildirilir ki, aksiya iştirakçıları Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasının divarlarına “Mişaya azadlıq” yazmaq istədikdə polislə qarşıdurma başlayıb. Polis əməkdaşları aksiya iştirakçılarına maneə olsa da, divara bir yazı yazmaq mümkün olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?