GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İRANPƏRƏSTLİYIN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları

İRANPƏRƏSTLİYIN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları

Tarix: 13-10-2021, 11:47 Bölmə :Dünya Baxış: 281

Yaxud Bütöv Azərbaycan məfkurəsi ilə “Böyük Ermənistan” xəstəliyini necə eyniləşdirmək olar?

Son İran-Azərbaycan gərginliyi İran rejiminin Azərbaycandakı “beşinci kolonu”nu hərəkətə gətirməklə yanaşı, həm də onu çaş-baş salıb. Nəticədə bu xəttə xidmət edənlərin bir çoxunun arxasında gizləndikləri maskalar cırılmağa başlayıb...

Adətən İranın buradakı təəssübkeşləri barədə danışarkən daha çox Allahşükür Paşazadə başda olmaqla, müxtəlif din xadimlərinin, məzhəbçilərin və s. adları çəkilir, onlardan sitatlar gətirilir. Lakin onlarla yanaşı, üzdə Azərbaycanın İranla münasibətlərinin normal, dostluq, hətta qardaşlıq səviyyəsində olmasının vacibliyini təbliğ etmək kimi xoş niyyət ortaya qoyan, ancaq eyni zamanda paralel olaraq müxtəlif zərərli və dolayısı ilə molla rejiminin maraqlarına cavab verən fikirlər yayan ictimai fəallar, politoloqlar, ayrı-ayrı tanınmış şəxslər də var.

Son günlər Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağının sosial şəbəkəlrdə yayımlanan bir fikri mübahisələrə səbəb olub. Həmin fikir belədir: “Bu gün də eyni vəziyyət davam edir. Yanlış tezislər təbliğ olunur. Ermənistana “Böyük Ermənistan” xəstəliyini yoluxduran beynəlxalq güclər azərbaycanlıları “Bütöv Azərbaycan” xəstəliyinə yoluxdurmağa çalışırlar. Yoluxmadıq, yoluxmarıq. İrana gəldikdə, ona öz dövlətimiz kimi baxmalıyıq. Orada yaşayan 30 milyon soydaşımız öz dövlətinə sahib çıxmalıdır və çıxacaq. Primitiv adamların zərərli təbliğatına uymayın.”

Özünü Qarabağın azadlığına çalışan bir hərəkatın sədri hesab edən şəxsin ermənilərin xəstə təxəyyülü, sırf terrorçuluq və işğalçılıq üzərində qurulan “Böyük Ermənistan” nəzəriyyəsi ilə Azərbaycanın bütövləşməsi, azərbaycanlıların haqq-halalı olan torpaqlarda yaşaması, vahid dövlət olması istəyinə söykənən Bütöv Azərbaycan ideyasına eyni müstəvidən baxması olduqca qüsurlu, çox zərərli, hətta utancverici yanaşmadır. Bu bənzətməni, eyniləşdirməni heç Azərbaycanın güneyilə şimalının yaxınlaşmasını ən qorxulu yuxu kimi görən İran rejiminin qatı şovinist nümayəndələrindən belə görməzsiniz.

Azərbaycanın bütövləşməsi ideyasını, müəyyən tarixi hadisələr, savaşlar və s. nəticəsində haqsız olaraq bölünmüş xalqların birləşməsi istəyini “xəstəlik” adlandırmaq isə heç bir halda sağlam düşüncənin məhsulu sayıla bilməz. Deməli, belə çıxır ki, ötən əsrin sonuna yaxın Almaniyanın bütövləşməsinə nail olanlar, yaxud bu gün Koreyanın cənubunun və şimalının birləşməsini istəyənlər xəstədirlər, A.Nağı isə sağlam...

Həmçinin, İran rejiminin son zamanlar Azərbaycana ünvanladığı şər-böhtanlardakı “beynəlxalq güclər” tezisindən istifadə edən bu şəxsin həmvətənlərimizin ana dilində təhsil də daxil olmaqla heç bir hüququnu tanımayan bir rejimi, dövləti özününkü hesab etməyə dair çağırışı isə yumşaq desək, qəribə görünür.

“Primitivlik” söhbətinə gəlincə, görünür, məmləkətimizin bütövlüyü, birliyi uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərimiz, bu mövzuda ədəbi əsrlər yaratmış şair və yazıçılarımız primitiv, A.Nağı isə böyük intelektualdır...

Hələ 5 il bundan əvvəl həmin bu A.Nağı “İran Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri məsələsində həmişə Azərbaycanın hamisi olmuşdur” demişdi. Nəinki ötən 5 ildə, ümumilikdə son 30 ildə, eləcə də 44 günlük müharibə və ondan sonrakı dövrdə İranın kimin hamisi olduğu açıq-aydın göründü...

Təəssüf ki, uzun illər, xüsusilə də son zamanlar buna bənzər fikirlərə, İrandakı rejimin maraqlarına xidmət etdiyi şübhə doğurmayan tezislərə tez-tez rast gəlinir. Bu da başa düşüləndir - İran rejiminin “quyruğu” qısıldıqca, buradakı xidmətçiləri fəallaşacaq. Ancaq A.Nağı demişkən, “Primitiv adamların zərərli təbliğatına uymayın”..../“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Molla rejiminin Urmiya qələti

    Molla rejiminin Urmiya qələti ...

    25-02-2013, 10:30

  • 
  • Fars-molla rejimini həyasızlığı

    Fars-molla rejimini həyasızlığı ...

    18-12-2012, 12:15

  • 
  • Fars-molla rejiminin Bakı ağenturası

    Fars-molla rejiminin Bakı ağenturası ...

    15-01-2013, 11:08

  • 
  • Fars-molla rejiminin ERMƏNİ SEVGİSİ... - Düşmənin dini-məzhəbi olmurmuş...

    Fars-molla rejiminin ERMƏNİ SEVGİSİ... - Düşmənin ...

    9-06-2021, 10:55

  • 
  • İran ermənilərin əlinə necə oynayır... - Fars-molla rejiminin İrəvanı QURTULUŞ PLANI...

    İran ermənilərin əlinə necə oynayır... - ...

    3-11-2020, 11:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu