Gundemxeber.az » Dünya » Belarus-ABŞ münasibətlərində gərginlik: - Nyu-Yorkdakı Baş Konsulluq bağlanıb
Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu, Baş Nazir Roman Qolovçenkonun imzaladığı qərara əsasən bağlanıb.
Müvafiq sənəd çərşənbə günü rəsmi internet portalında dərc edilib.
"Belarus Respublikasının Nyu -Yorkdakı (Amerika Birləşmiş Ştatları) Baş Konsulluğu 2021-ci il oktyabrın 20-dək bağlansın", - deyə sənəddə qeyd edilib.
Baş Konsulluğun fəaliyyəti Amerika tərəfinin tələbi ilə oktyabrın 21-də dayandıracağı bildirmişdi. Kanada da daxil olmaqla, baş konsulluğun fəaliyyət dairəsinə daxil olan ərazilərdə yaşayan Belarus vətəndaşları diplomatik müəssisə bağlandıqdan sonra respublikanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxlaya biləcəklər. Belarus Xarici İşlər Nazirliyi Vaşinqtonun Nyu-Yorkdakı Baş Konsulluğunu bağlamaq tələbindən təəssüfləndiyini bildirib.
Amerikanın Minskə qarşı sanksiyalarının bərpası fonunda Belarusiya Xarici İşlər Nazirliyi ABŞ-a sentyabrın 1-dək Minskdəki səfirliyinin sayını 5 nəfərə endirməyi təklif etmişdi. Həmçinin Belarus tərəfi Julie Fisherin ABŞ-ın Belarusdakı səfiri təyin edilməsinə əvvəlcədən verilən razılığı geri göndərmişdi.
Gundemxeber.Az
3-09-2017, 12:14
3-09-2017, 08:43
25-08-2013, 23:30
25-07-2020, 20:59
19-02-2021, 13:25
Sorğu
Yeni dizaynımız necədir?