GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranın Müqtəda əs-Sədr sancısı – SEPAH-ın Yaxın Şərq ekspertinin gözüylə

İranın Müqtəda əs-Sədr sancısı – SEPAH-ın Yaxın Şərq ekspertinin gözüylə

Tarix: 22-10-2021, 22:18 Bölmə :Dünya Baxış: 413

 
İraqda keçirilən son parlament seçkilərində Müqtəda əs-Sədrə bağlı “Sairun” fraksiyasının hər kəsdən daha çox mandat qazanması, İrana bağlı qüvvələrin isə ciddi səs itirməsi Tehranı da narahat etməyə başlayıb. Bu zamanadək Müqtəda əs-Sədrin Qumda təhsil alması faktını əldə rəhbər tutaraq onun da İrana bağlı olduğu bildirən, bununla da ictimai rəyi aldatmağa çalışan vilayəti-fəqh ideoloqları artıq çuvalduzu çuvalda gizlətməyin mənasız olduğunu anlayıb İraqda baş verən dəyişikliklərin İrana mümkün mənfi təsirlərini etiraf etməyə başlayıblar.

GündəmXəbər.Az-ın məlumatına görə, SEPAH-a bağlı Kharonline.ir saytına müsahibə verən İranın Yaxın Şərq məsələləri üzrə eksperti Həsən Hanızadə İraqdakı son parlament seçkilərinin nəticələrinin şərh edərkən bildirib:
 
“Görünən budur ki, bəzi İraq qrupları ilə əməkdaşlıq edən xarici cərəyanlar İranla İraq arasındakı mövcud əməkdaşlığın səviyyəsini azaltmağa və Tehranı hər cür çətinliklə qarşı -qarşıya qoymağa çalışırlar”.
 
Bəs, Müqtəda Sədrin qələbəsi İran-İraq münasibətlərini necə formalaşdıra bilər?
 
Bu suala cavabında Hanızadə hazırda ortaya çıxan tabloda İran-İraq münasibətlərinin çox da ürəkaçan olmayacağını etiraf edərək deyib:
 
“İraq seçkilərinin mühəndisliyi ilə məşğul olanların məqsədi Sədrə bağlı Sairun fraksiyasına daha çox mandat qazandırmaq olub. Fraksiya 73 yer əldə edib, onun ardınca Əl-Halbousiyə bağlı koalisiya və daha sonra iki kürd partiyasının bloku yaxşı səs qazanıb. Bu üç cərəyan hökuməti formalaşdıra bilər. Hər halda, görünən budur ki, indiki mənzərənin ortaya çıxmasında həm Səudiyyə Ərəbistanı, həm ABŞ, həm də Birləşmiş Ərəb Əmirliklərinin seçki mühəndisliyi effektivli rol oynayıb və hökumət qurulduqdan sonra Tehran-Bağdad münasibətlərində bir sıra problemlər yaranacaq”. 
 
Hanızadənin fikrincə, İraqdakı seçki mühəndislərinin Sədr hökumətini qurmaq planlarının altında iki məqsəd yatır: “Bunlardan biri İraqdakı Həşdi Şabi, Asaib və Hizbullah kimi qrupların tərksilah edilməsi, ikincisi isə İraq parlamentinin ötən il qəbul etdiyi və ABŞ qoşunlarının ölkədən çıxarılmasını nəzərdə tutan qətnamənin ləğv edilməsidir”. 
 
İstənilən halda Sədr kifayət qədər səs toplaya bilmədiyi üçün hökumət qura bilmir. Gələcək koalisiyada kimin hakimiyyətə gəlmək şansı var?
 
Jurnalistin bu sualını cavablandıran ekspertin fikrincə, yeni hökuməti qurmaq üçün Cazyan Sədr ilə Əl-Həlbousinin rəhbərlik etdiyi sünni hərəkatı və kürdlər arasında koalisiya yaradılacaq: “Hər üçünün də İranla problemləri var. Müqtəda əs-Sədrin kifayət qədər intellektual sabitliyi olmadığı üçün gələcəkdə təbii olaraq problemlər yaşanacaq. “Fəth” və “Hüquqi dövlət” kimi xalq hərəkatları parlamentdə müxalif qüvvə olaraq iştirak edəcəklər. Məlumatlara görə, Kazımi gələcəkdə yenidən kabinet formalaşdıra bilər. Lakin bu kabinet “Fəth” və “Hüquq dövləti” kimi nüfuza və xalq cərəyanlarına uyğun olmayacaq”.
 
Kazimidən başqa kimlərin hökumət qurmaq şansları var?
 
Hanızadənin fikrincə, yeni hökuməti qura biləcək şəxslərdən biri də Bəsrə valisi Eidanidir: “Bir neçə başqa personaj da var. Narahatlıq yaradan şəxslərdən biri də anti-İran spektrinə aid olan İyad Əllavidir. Onun da adı namizədlər arasında çəkilir və parlament tərəfindən hökumət qurmaq səlahiyyəti ona verilsə, İran üçün vəziyyət xeyli çətin olacaq”.
 
Bəs Müqtəda Sədrin bu qələbəsinin kölgəsində İran-İraq münasibətlərinin gələcəyi necə olacaq? 
 
Hanızadəyə görə, bu suala cavab vermək üçün yeni İraq hökumətinin formalaşmasını gözləmək lazımdır: “İndiki prezident Barham Salih yəqin ki, yenidən seçiləcək. Nazirlər Kabinetini təşkil edən Eydani və İyad Əllavi kimi İran əleyhdarı siyasilərin rəhbərliyi altında qurulacaq kabinetin tərkibi Bağdad və Tehran arasında münasibətlərin formalaşmasında təsirli olacaq. Hər halda ABŞ və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın bütün səyləri İranın İraqdakı təsirini azaltmağa yönəlib. İndi ən çox narahatlıq isə Əllavi kimi şiə və pan-ərəb fiqurla bağlıdır. O, hökumət qurarsa, təbii ki, İran-İraq münasibətlərində çoxlu problemlər yaşanacaq.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İraqda parlament seçkilərində iranyönlülər qalib gəlib

    İraqda parlament seçkilərində iranyönlülər qalib ...

    19-05-2018, 15:04

  • 
  • Müqtəda Əl-Sədr İraqda nümayişlərin bərpasına çağırıb

    Müqtəda Əl-Sədr İraqda nümayişlərin bərpasına ...

    21-10-2019, 12:03

  • 
  • Müqtəda əs-Sədr: “Trampla bir yerdə olmaq çox iyrəncdir”

    Müqtəda əs-Sədr: “Trampla bir yerdə olmaq çox ...

    21-05-2017, 15:09

  • 
  • İraqda seçkini kim uddu - İran, yoxsa Səudiyyə?

    İraqda seçkini kim uddu - İran, yoxsa Səudiyyə? ...

    15-05-2018, 11:15

  • 
  • ABŞ rəsmiləri: İsrail İrana məxsus silah anbarını İraqda vurub

    ABŞ rəsmiləri: İsrail İrana məxsus silah anbarını ...

    23-08-2019, 20:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu