Gundemxeber.az » Dünya » Saakaşvili tibbi yardımdan imtina edib
“Mixail Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.
Gürcüstanın KİV-ləri tərəfindən yayılan məlumatlara görə, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək. Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib. M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.
GUNDEMXEBER.AZ
10-12-2017, 14:43
25-09-2017, 12:36
9-12-2017, 14:47
12-02-2018, 22:13
13-08-2018, 19:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?