Gülnarə Kərimovadan daha bir “tvit”: “Bir çox dostlar və tərəfdarlar həbs olunublar. Hamını terrorçuluq maddəsi ilə ittiham edirlər. Qaragöz Evelinanın arxasınca mülki geyimli adamlar gəlib, onu polis məntəqəsinə aparıblar, deyiblər ki, “dövlət əleyhinə olan, qadağan edilmiş saytlara” girirmiş, elə buna görə!!! Deyiblər ki, qayıt pasportla birgə rayon polis şöbəsinə gəl. Sonra dalınca gediblər, evdən sürüyüb çıxarıblar, kompüterlərini və s. müsadirə ediblər. Bu gün Qaniyev Şoxrux-Daşkənd Tibb İnstitutunun tələbəsi də öz evindən yoxa çıxıb, və fəallardan Kelajak Ovozi, tələbələrin treneri, Biz bir komandayıq! Mənzillərindən oğurlayıblar! Bunu eyni vaxtda 10-dan çox ünvanda ediblər Ən Məşhur və Talantlı Gələcəkçiləri.”
* * *
Gülnarədən yeni "tvit": "Karakoz Evelinanı və Qqaniyev Şoxruxu Milli Təhlükəsizlik Xidmətinə-MTX-yə apardılar! Sahə müvəkilləri, rayon polis idarəsi, şəhər polis idarəsi, bütün bunlar gözdən pərdə asmaq üçündür..."
* * *
Virtualaz.org saytı Gülnarə Kərimovanın həbsi ilə bağlı yeni təfərrüatlar əldə edib.
Məlum olub ki, Özbəkistan prezidentinin qızını bu axşam evindən qəfil aparıblar. Həbs olunmazdan əvvəl o “Twitter” bloqunda kəskin məzmunlu iki mesaj göndərə bilib.
Gülnarə Kərimova yazır: “Ağlını və ürəyini itirməyən hər kəsə! Gəncləri sındırmaq olmaz!!!! Sizin gələcəyinizin üstündən xətt çəkirlər! Axı indi 1938-ci il deyil ki, gecə yarısı evdən sakitcə aparalar!”
* * *
Prezidentin qızının digər “tvit”ində belə yazılır: “Doğrudanmı hökumət dağılır??? Hakimiyyət haradadır? Hanı qanunlar? Hhanı məsuliyyət? Bu, oyuncaq deyil! Həyat bundan ibarətdir”.
* * *
Aldığımız son məlumata görə Gülnarə Kərimovanın twitter səhifəsi söndürülüb və onun sonrakı taleyindən heç bir xəbər yoxdur.
* * *
Bu dəqiqələrdə Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin həbs olunduğu və Daşkənddəki polis bölmələrindən birinə aparıldığı məlum olub.
Virtualaz.org saytı məlumatı Orta Asiya qaynaqlarından əldə edib. Məlum olub ki, həbsi barədə xəbəri az əvvəl G.Kərimovanın özü “Twitter” bloqunda yazıb.
“Mən rayon daxili işlər şöbəsindəyəm. Ən maraqlısı odur ki, indi mənim lentimə Rusiyadan, Qazaxıstandan dəstək mesajları yazırlar... zbəkistan isə həmişəki kimi susur” - deyə G.Kərimova Bakı vaxtı ilə saat 22.55-də göndərdiyi “tvit”ində yazıb.
Prezidentin qızının hansı polis bölməsinə aparıldığı və onun saxlanılmasının rəsmi səbəbləri barədə məlumat yoxdur.
Virtualaz.org Özbəkistanın hakim ailəsi daxilində baş verən çəkişmələr barədə geniş yazıb. Qeyd edək ki, G.Kərimova atasının əmri ilə təcrid olunduqdan və biznesi əlindən alındıqdan sonra o, “Twitter”də fəallaşıb. Özbəkistanın xüsusi xidmət orqanının rəhbərini hakimiyyəti ələ keçirmək cəhdlərindən, zəhərlənməsindən, işgəncələrdən və s. bəhs edib.
Bundan əvvəlki sonuncu “tvit”ində G.Kərimova yazmışdı ki, artıq danışmaq istəmir və ölkədən getməyə çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?