Gundemxeber.az » Dünya » MDB dövlət başçıları Putinin dəvəti ilə qeyri-formal sammitə toplaşır
Bu gün Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlət başçıları iştirak edəcək. Ekspertlərin fikrincə, danışıqların gündəmindəki ən mühüm mövzular təhlükəsizlik və hərbi əməkdaşlıq, miqrasiya və iqtisadi tərəfdaşlıq ola bilər. Bundan əlavə, analitiklər görüşün əsas məqsədinin qarşıdan gələn ilin yekunlarını çıxarmaq və MDB-nin gələcək inkişafı yollarını müəyyən etməkdir. Bu barədə RT xəbər verir.
Danışıqların Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə aparıldığı qeyd edilir. “Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək”, - deyə Kremldən bir qədər əvvəl bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, liderlərin görüşü əsas beynəlxalq və regional mövzular üzrə mövqelərin əlaqələndirilməsi, eləcə də ilin yekunlarına həsr olunacaq.
MDB-nin sammiti Birliyin yaradılmasının 30-cu ildönümündə keçiriləcək. MDB Dövlət Başçıları Şurasının oktyabr iclasında Rusiya prezidenti diqqəti ona yönəldib ki, üç onillik ərzində təşkilat özünü nüfuzlu regional inteqrasiya birliyi kimi təsdiqləyib.
Ekspertlər hesab edirlər ki, qeyri-rəsmi sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər.
GUNDEMXEBER.AZ
19-12-2019, 11:32
25-12-2017, 19:30
26-12-2017, 23:57
21-12-2019, 13:08
28-09-2018, 12:01
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?