“Mən hazırda 30 illik Azərbaycanın müstəqillik tarixində İsraillə əlaqələrini ən yüksək səviyyədə qiymətləndirirəm. İsraillə Azərbaycanın 30 illik çox gözəl münasibətləri var. Xatırladım ki, İsrail höküməti Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri olub”.Gundemxeber.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında yəhudi siyasi ekspert Mixail Finkel səsləndirib.
O, bildirib ki, bu illər ərzində hər zaman iki dövlət bir-birinə kömək edib və arxa-dayaq olub.
“Ancaq bu münasibətlərin ən pik nöqtəsi Azərbaycanın haqq savaşı olan II Qarabağ müharibəsi zamanı olub. Azərbaycan bir daha sübut etdi ki, 30 il leqal olmadan erməni separatçıları tərəfindən işğal olunan torpaqlar ona məxsus və əzəli əraziləridir. İsrail bu haqq savaşında Azərbaycanın yanında oldu, ermənilərin təzyiqlərinə baxmayaraq, ona kömək etdi. İsrail bu zaman ərzində kimin tərəfində olduğunu bütün dünyaya sübut etdi. İsrail erməni lobbisinin təzyiqlərinə, ölkədə parlament, baş nazirin iqamətgahı qarşısında və digər şəhərlərində ermənilərin çox saylı keçirdikləri etiraz aksiyalarını dəf etdi və Azərbaycana qarşı olan mövqeyinə sona qədər sadiq çıxdı. İsrail bu gündə Azərbaycanla çiyin-çiyinə dayanıb. Azərbaycan İsrailin strateji müttəfiqi və qardaşıdır".
Mixail Finkel 2022-ci ildə Azərbaycan və İsrail dostluğu haqqında pozitiv proqnoz verməyi də unutmayıb və Azərbaycan xalqını yeni il münasibətilə təbrik edib.
“Baxmayaraq ki, İsrailə hazırda yeni baş nazir başçılıq edir, bizim münasibətlərimiz heç vaxt dəyişməyəcək. Biz hər zaman Azərbaycanın yanındayıq, onun dostuyuq. Bu hər zaman belə olub və olacaq. 2022-ci ildə bu dostluq və qardaşlıq daha da möhkəmlənəcək. Mən fürsətdən istifadə edib, Azərbaycan xalqını yeni il münasibətilə təbrik edirəm və onlara hər zaman əzəmətli bir xalq olaraq daha da möhkəmlənməklərini, güclənmələrini arzu edirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?