GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri bir yataqda?

ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri bir yataqda?

Tarix: 11-11-2013, 17:11 Bölmə :Dünya Baxış: 899
ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri bir yataqda?
Putinlə Buşun telefon söhbətində seksual münasibətlərə eyham vurulub...

Dünyanın iki böyük dövlətinin - ABŞ və Rusiya prezidentlərinin bir araya gələndə bağlı arxasındakı danışıqlar dünya mətbuatının və ictimaiyyətinin ən çox maraq göstərdiyi məsələ olur.

Bu müzakirələr barədə bəzən ən cüzi informasiya əldə etmək belə mümkün olmur. Yaxud məlumat sızması olanda bu, mətbuatda və siyasi çevrələrdə geniş müzakirə mövzusuna çevrilir.

Bəs bu iki böyük dövlətin liderlərinin bağlı qapılar arxasında nə danışdıqlarına dair təfərrüatlar açılsa necə? Doğrudanmı belə görüşlərdə həmişə ciddi müzakirələr olub və dünyanın taleyini həll edən qərarlar çıxarılıb?

Virtualaz.org saytının xarici mətbuatdan əldə etdiyi bilgilərdən belə məlum olur ki, heç də belə deyilmiş. Superdövlətlərin prezidentləri bəzən saat yarım eyni şeyi təkrarlayıb bir-biri ilə mübahisə edir, inadkar məktəbli kimi biri digərinin üzünə dayanır, yaxud öz ölkələrinin xarici siyasət idarələri başçılarının bir-birinin dodaqlarını öpüb necə şişirtməsi haqda şit atmacalar atırlar...

Bütün bu detallar ABŞ-ın nüfuzlu ”The New York Times” qəzetinin Ağ Evdə akkreditə olunmuş baş müxbiri Piter Beykerin yeni çapdan çıxmış kitabında əksini tapıb. Kitabdan xülasəni nüfuzlu “The Forbes” jurnalı dərc edib. Kitab ABŞ-ın keçmiş prezidenti Corc Buşun hazırkı Rusiya prezidenti Vladimir Putinlə 2001-2008-ci illəri əhatə edən dövrdə keçirdiyi ikitərəfli görüşlərin pərdəarxasından bəhs edir.

Müəllif kitabı yazmaq üçün Ağ Evdə məxfi sənədlərlə tanış olub, prezidentlərin görüşünə dair protokolları araşdırıb və Buşun çoxsaylı müşavirləri, yüksək rütbəli xarici ölkə rəsmiləri ilə söhbətləşib.

***

İkinci dəfə prezident seçiləndən sonra Buş artıq Putinin Rusiyada avtoritarizmi necə gücləndirdiyinə göz yuma bilməzdi. Çünki o, dünyada tiranlıqlara son qoymaq şüarları ilə yenidən hakimiyyətə gəlmişdi.

Kreml isə bir-birinin ardınca müstəqil televiziyaları nəzarətə alır, qubernator seçkilərini ləğv edir, tabe olmayan oliqarxları həbsə atırdı.

Buşun ətrafındakıların çoxu neft maqnatı Mixail Xodorkovski ilə tanış idi. Putinə qarşı müxalifət formalaşdırmağa başlayan kimi onu həbs etmişdilər. Ona görə də Buş ikinci prezidentlik müddətinin icrasına başlayandan sonra Putinlə ilk görüşündə ona təzyiq etməyi qərara alır.

Lakin 2005-ci ilin fevralında Slovakiyanın paytaxtı Bratislavada baş tutan görüşdə Putin Buşun iradlarına ABŞ-da da demokratiyanın pozulduğu barədə əks-arqumentlərlə cavab verir: “Siz Xodorkovski haqda danışırsınız, mən isə Enron. Siz seçicilər kollegiyasının üzvlərini təyin edirsiniz, mənsə qubernatorları. Bunların arasında fərq nədən ibarətdir?”

Putinə təzyiq etmək cəhdlərinin heç bir nəticə vermədiyini görən Buş sonradan Britaniyanın baş naziri Toni Bleyerə şikayətlənir: “Onunla söhbət aparmaq heç də xoş deyildi. Bu, orta məktəbdəki debatlara oxşayırdı. Bu oğlanla uğur əldə etmək mümkün deyil”.

***

“Mən orada bir saat qırx dəqiqədən çox oturdum, bütün bunlar elə hey təkrarlanırdı. Hansısa məqamda tərcüməçi məni o qədər özümdən çıxardı ki, az qala onu dümsükləyəcəkdim. Putinin Amerikaya qarşı ittihamlar irəli sürəndə elə gülməli tonu vardı ki... Sözləri başdan ayağa sarkazm idi” - deyə Buş xatırlayır.

***

Buş Putinin bu danışığından qəzəblənsə də təslim olmağa hazırlaşmırdı. O, Putinə təsir imkanlarını saxlamağa çalışaraq Rusiyanın Qərbdən birdəfəlik uzaqlaşmasını əngəlləmək istəyirdi.

2006-cı ildə Putin Sankt-Peterburqda “Böyük səkkizlər”in sammitinə ev sahibliyi edir. Buş başa düşürdü ki, bu məqam Rusiya üçün nə dərəcədə mühümdür. Eyni zamanda o, nəzərə alırdı ki, demokratik ölkələrin sammitini qeyri-demokratik ölkədə keçirməyə razı olduğu üçün konqresmenlərin və medianın tənqid atəşi ilə üzləşəcək.

“Mənə elə gəlir ki, biz bu Putinə görə alov içinə düşəcəyik” - deyə Buş sammit ərəfəsində T.Bleyerlə telefon danışığında bildirir.



***

Rusiyaya qarşı sərt yanaşmanın tərəfdarlarından biri vitse-prezident Çeyni idi. “Böyük səkkizlər”in sammiti ərəfəsində o, Buşun icazəsi ilə Litvaya səfər edir və oradan Rusiyanı kəskin tənqid atəşinə tutur.

Putin Çeyninin bu nitqinə görə bərk qəzəblənir. Lakin Buş sevinir ki, bu oyunda Çeyni “pis polis”, o, özü is “yaxşı polis” rolunu oynayır.

İyunun 5-də Buşla Putin arasında telefon danışığı olur. Buş “Böyük səkkizlər”in sammitinin gündəliyinə bu mövzuları təklif edir: quş qripi, Darfurda soyqırımı, İran və nüvə terrorçuluğu.

Putinsə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək verdiyi üçün Buşa təşəkkür edir. Daha sonra söhbət qəribə məcraya daxil olur.

***

Putin ara vermədən siqaret çəkən və sərt xarici işlər nazirini - Sergey Lavrovu xatırlayır: “Lavrov elə indi Londondan qayıdıb, onun dodaqları və boynu qəribə şəkildə şişib. Diqqətlə baxmaq lazımdır ki, Kondi (o vaxtkı ABŞ dövlət katibi Kondoliza Rays-red.) orada onunla nə edib”.

Buş Putinin seksual münasibətlər barədə bu eyhamına məhəl qoymamağa çalışır. “Kondi kor deyil” - Buş zarafatla bildirir.

“Və o, çox yaraşıqlı qadındır” - Putin cavab verir.

“Bəli, o, möhtəşəm qadındır” - deyə Buş söhbəti başqa mövzuya yönəltməyə çalışır.



***

Bu söhbətdən bir qədər sonra Buş Kemp-Devid iqamətgahında Danimarkanın baş nazirini qəbul edəndə söhbət Putindən düşür. Məlum olur ki, Putin ABŞ-ın keçmiş ticarət naziri və Buşun yaxın dostu Con Evansa yaxşı vəzifə təklif edərək Ağ Ev rəhbərini ələ almağa cəhd edib.

“Putin məndən soruşdu ki, Evansı mühüm vəzifəyə təyin etsə, sənə köməyi ola bilərmi. Bu nə sualdır axı?! Sənə kömək edə bilərmi? Cavab vermək istədim ki, sizin demokratiya istiqamətindəki addımlarınız mənə çox kömək edər. Gör o, necə də qəribə fikirdədir” - Buş baş nazirə bildirir.

Kitabdan məlum olur ki, Buş Rusiyada demokratiya məsələsinə görə Putinə heç də həmişə təzyiq etməyə çalışmayıb. Məsələn, 2007-ci ildə İrana qarşı yeni sanksiyalar məsələsi gündəmə gələndə Buş Rusiyanın dəstəyini qazanmaq üçün ona zəng edir. ABŞ prezidenti söhbətə Rusiyadakı yerli seçkilərdə hakim partiyanın qələbəsini tərifləməklə başlayır.

“Siz çox populyarsınız. İnsanlar sizi sevir” - deyə Buş ona bildirir.

“Digər partiyalar da yaxşı nəticələr göstəriblər” - Putinin cavabı belə olur.

“Siz təvazökarlıq edirsiniz” - Buş onu tərifləməkdə davam edir.

Daha sonra telefon zənginin əsl məqsədini açıqlayanda Putin söz verir ki, nüvə proqramlarından əl çəkmək üçün İrana siqnal çatdırmaqda kömək edəcək.

“Elə indicə İran prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri mənim qəbul otağımda oturub. Mən Sizin dediklərinizi onunla söhbətdə nəzərə alaram” - deyə Putin bildirir.

(Yazının əvvəli aşağıda)

* * *



* * *

Piter Beykerin yazdıqlarından məlum olur ki, Buş 2001-ci ildə birinci prezidentlik səlahiyyətlərinin icrasına başlayanda Rusiyada hakimiyyət başında olan Vladimir Putinə ehtiyatla yanaşır və şəxsi söhbətlərdə onu “soyuq tip” adlandırırdı. Lakin onunla işgüzar münasibətlər qurmaqda da maraqlı idi. Buş Putinlə ilk görüşü ərəfəsində Rusiya üzrə ekspertləri Ağ Evə toplayır və onlardan məsləhətlər alırdı.

Stenford Universitetinin professoru, sonralar ABŞ-ın Rusiyadakı səfiri olan Maykl Makfol deyir: “Ən yaxşısı Rusiyanın bizim çadırda olmasıdır”.

Buş onunla razılaşır: “Sən tamamilə haqlısan. Çünki bizim hamımız nə vaxtsa çinlilərlə qarşılaşmalı olacağıq”.



* * *

Buşun Putinlə ilk görüşü 2001-ci ilin iyun ayında Sloveniyada XVI əsrə aid qəsrdə baş tutur. Putin söhbət zamanı Buşa bağında yanğın zamanı pravoslav xaçını necə xilas etməsindən danışır.

Bu söhbət dindar adam olan Buşun dərhal qəlbinə yatır və onda Putin haqda müsbət təəssüratlar oyadır.

Görüşdən sonra Buş komandasının üzvlərinə “Putinin qəlbini hiss etdiyini” deyəndə onu eşidənlər heyrətə gəlirlər. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays C.Buşun bu sözlərini eşidəndə donub qalır, nəsə demək istəyir, ancaq demir.

Vitse-prezident Dik Çeyni və onun köməkçiləri isə Vaşinqtonda daha çox həyəcan keçirirlər.



“Bunu eşidəndə bizim çoxumuzun gözlərimiz bərəldi” - deyə milli təhlükəsizlik üzrə müşavirin müavini olmuş Erik Edelman xatırlayır.

D.Çeyni hər dəfə Putini görəndə öz adamlarına belə deyirmiş: “Mən daim fikirləşirəm: KQB, KQB, KQB...”

Buna baxmayaraq Buş Putin haqda müsbət fikrində qalır. Onu Texas ştatına, öz rançosuna, daha sonra Kemp Devid iqamətgahına dəvət edir.

* * *

Buş Putinin əsl mahiyyətini gec başa düşür. Ancaq yenə də inanır ki, Putinin ABŞ-a qarşı davranışları onun müşavirlərinin yalnış informasiyalarının nəticəsidir.



Rusiya ilə ABŞ arasında ticarət mübahisəsi yarananda və Rusiya ABŞ-dan toyuq budunun idxalını dayandıranda prezidentlər şəxsi söhbətdə bu məsələyə toxunurlar. Putin Buşa deyir ki, amerikalılar qəsdən Rusiyaya keyfiyyətsiz toyuq budu göndərirlər: “Sizdə müxtəlif müəssisələr var. Onlar Amerika üçün ayrı, Rusiya üçün ayrı toyuq əti istehsal edirlər”.

Buş heyrətə gəlir: “Vladimir, sən səhv edirsən”.

“Yox, mənim adamlarım deyiblər ki, bütün bunlar düzdür” - deyə Putin israr edir...

(ardı olacaq)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Buş Putini“soyuq tip” adlandırırdı

    Buş Putini“soyuq tip” adlandırırdı ...

    10-11-2013, 18:20

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu