GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Azərbaycanlı tələbələr Ukraynanın Nikolayev şəhərindən evakuasiya edilir -YENİLƏNİB

Azərbaycanlı tələbələr Ukraynanın Nikolayev şəhərindən evakuasiya edilir -YENİLƏNİB

Tarix: 2-03-2022, 16:14 Bölmə :Dünya Baxış: 272


15:30 

“Hazırda əsas hücum hədəflərindən biri olan Ukraynanın Nikolayev vilayətində 14 min azərbaycanlı yaşayır”. Bunu Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə baş katibi Adil Babayev bildirib. Onun sözlərinə görə, Nikolayevdəki azərbaycanlı tələbələrin evakuasiyasına da başlanılıb: "Dünən 21 nəfər avtobusla yola salınıb, Rumıniyadan təyyarə ilə Azərbaycana yola salınacaqlar. Bu gün Azərbaycan vətəndaşlarının təxliyəsi üçün ayrılmış və Kiyevdən yola düşmüş qatarla da 16 tələbə yola salınacaq”.

A.Babayev onu da deyib ki, Xersona nəzarəti təmin edən Rusiya Ordusunun bölmələrinin dünən Nikolayev şəhərinə hücum cəhdi nəticəsiz qalıb: “Bu gün səhər saatlarında Qara dənizdən qanadlı raketlərlə Nikolayevdəki hərbi aerodroma zərbə endirdilər. Daha sonra isə Balovna və Kalinovka kəndlərinə desant çıxardılar. Desant hücumunun da qarşısı alındı. Nikolayev şəhəri 3 gündür müdafiə olunur. Azərbaycanlılar da şəhərin müdafiəsində fəal iştirak edirlər”.

A.Babayev qeyd edib ki, hazırda şəhərdə supermarketlər, mağazalar bağlıdır: “Azərbaycanlılar evlərindən ərzaq, yemək gətirərək şəhər müdafiəçilərinin bu sahədə təminatında da fəal iştirak edirlər”.

***

12:35

“Bu gün də Xarkovdan azərbaycanlıların təxliyəsi həyata keçiriləcək”. Bunu Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib. O bildirib ki, dünən çoxu tələbələr olmaqla, 650 nəfər soydaşımız təxliyə olunub: “Artıq 2 gündür Xarkov bombardman edilir. Azərbaycanlılar da kütləvi surətdə Xarkovu tərk etməyə başlayıb. Onların müəyyən hissəsi Azərbaycana, Ukrayna vətəndaşı olan azərbaycanlılar isə Ukraynanın nisbətən daha təhlükəsiz olan regionlarına gedirlər. Bu gün artıq səhər saat 7.00-da bir qatar Lvova yola düşüb. Vağzala gələn qatarda insanlar üst-üstə minməyə çalışır, vəziyyət həddən artıq çətindir. Bu gün günorta saatlarında daha bir qatar da Xarkovdan yola düşəcək”.

M.Ömərov diqqətə çatdırıb ki, bombardman bu şəkildə davam edərsə, burada yaşamaq çox çətinləşəcək: “Dünən səhər saat 8-də Xarkovun mərkəzində yerləşən Administrasiyanın binası bombalandı, 10 nəfər adam orada həlak oldu, 35 nəfər yaralandı. Günorta saatlarında Xarkov Aviasiya Zavodu bombalandı. Qırıcı təyyarələr Xarkova bombalar tökürlər. Bu bombalar partlayanda bombanın təsirindən bütün şəhər silkələnir, elə bil atom bombası partlayır. Şəhərdə bir çox binaları partladıblar. Gecə sakit olsa da, səhərdən yenə şəhər bombardman edilir, artilleriya atəşinə tutulur. Şəhərin 3 rayonunda qaz, işıq, su verilmir. Şəhər meriyası bu işdə çox böyük əziyyət çəkir. Çünki hava soyuqdur, onlar gecə-gündüz çalışırlar ki, şəhərə qaz, su, işıq verilişi dayanmasın”. 

M.Ömərov qeyd edib ki, ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını dəqiqləşdirmək artıq çox çətindir. (APA)

Qeyd edək ki, bu gün səhər Ukraynadakı vəziyyətlə bağlı təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Təxliyə olunanların əksəriyyəti qadın və uşaqlardır. Ümumilikdə Ukraynadan Azərbaycana 510 nəfər təxliyə olunub.

Daha yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb. Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov isə yerli KİV-lərə bildirib ki, ümumilikdə bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlının təxliyə ediləcək. Hazırda Moldovada Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı 4 minə çatır. Təxliyə avtobuslarla olacaq. Hər avtobus 70 nəfər sərnişin daşıyacaq. Bundan başqa 174 nəfər təyyarə ilə Rumıniyadan ölkəmizə təxliyə ediləcək. Bir çox vətəndaşımıza isə şəxsi avtomobilləri ilə təxliyə olunmaları üçün şərait yaradılıb. Qüdsi Osmanovun sözlərinə görə, əvvəlki günlər avtobusla təxliyə edilən azərbaycanlılar artıq İstanbula çatıblar.

10:57

"Xarkov Ukraynada ən çox bombalanan şəhərdir. Rusiya ordusu neçə gündür şəhəri fasiləsiz atəşə tutur. Dövlət əhəmiyyətli binalarla yanaşı, bir neçə yaşayış binası da dağıdılıb". Bunu Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib. 

O bildirib ki, martın 1-nə qədər Xarkovdan çıxarılanlar əsasən tələbələr idisə, hazırda Ukrayna vətəndaşı olan azərbaycanlıların da təxliyəsi aparılır: “Ötən gün axşama kimi artıq 650 nəfər həmvətənimiz təxliyə olunub. Bu gün səhər saat 7-də birinci qatar yola düşüb, yarım saat sonra isə ikinci qatar ya Lvova, ya da Moldova sərhədinə gedəcək. Gün ərzində təxliyə olunacaqların sayını dəqiq demək mümkün deyil, amma təxminən 150 nəfərin Xarkovdan çıxarılacağı gözlənilir. Çünki həm qatarlar xaotik hərəkət edir, həm də insanlar vağzallara gəlməkdə çətinlik çəkir. Nəzərə alsaq ki, günorta 15:00-dan artıq şəhərdə komendant saatı başlayır”.

M.Ömərov qeyd edib ki, hazırda vağzal insanlarla doludur. Şəhərdən təxliyə olanları səfirlik əməkdaşları qarşılayır, onların yerləşdirilməsinə və ölkəyə yola salınmasına yardım edir. 

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya-Ukrayna müharibəsi: Xarkov uğrunda döyüşlər gedir

    Rusiya-Ukrayna müharibəsi: Xarkov uğrunda ...

    2-03-2022, 12:18

  • 
  • Azərbaycanlı iş adamı avtomobilində partladıldı

    Azərbaycanlı iş adamı avtomobilində partladıldı ...

    10-10-2015, 16:15

  • 
  • Qazaxıstana yeridilən Rusiya desantçıları bu dəfə Ukrayna sərhədləri yaxınlığında göründü

    Qazaxıstana yeridilən Rusiya desantçıları bu dəfə ...

    26-01-2022, 11:41

  • 
  • Azərbaycanlı separatçıların basdırdığı minaya düşdü

    Azərbaycanlı separatçıların basdırdığı minaya ...

    24-08-2017, 14:38

  • 
  • Ukraynada azərbaycanlı tələbə ölümcül döyüldü - ŞOK TƏFƏRRÜAT

    Ukraynada azərbaycanlı tələbə ölümcül döyüldü - ...

    29-09-2016, 14:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu