Gundemxeber.az » Dünya » Rusiya Dnestryanıdan 800 döyüşçünü müharibəyə göndərəcək?
Rusiya Ukrayna ilə müharibəyə tanınmamış “Dnestryanı respublikasından” 800-ə qədər hərbçi cəlb edə bilər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Mövcud məlumatlara görə, çoxsaylı şəxsi heyət itkiləri səbəbindən işğal altındakı Krım, Donetsk və Luqansk bölgələrində, eləcə də Krasnodar diyarında təlim düşərgələri adı altında gizli səfərbərlik həyata keçirməkdə davam edir. Bundan əlavə, ordu ehtiyatını artırmaq üçün hərbi yaşda olan gənclərin Rusiya ali məktəblərindən çıxarılması halları qeydə alınıb. Eyni zamanda əsgərlərin mənəvi-psixoloji durumunun aşağı səviyyədə qaldığı qeyd edilir.
Bundan əvvəl KİV-lər Rusiyanın Suriya muzdlularını Ukraynaya qarşı müharibəyə cəlb etməyi planlaşdırdığı barədə məlumat yayıb. Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin təyyarəsi fevralın sonunda iki dəfə Suriyaya uçub
Gundemxeber.Az
10-02-2017, 12:30
21-01-2013, 10:42
3-09-2014, 13:43
1-03-2016, 18:41
2-04-2021, 14:43
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?